Məhkəmə qərarları › İş №e-2(004)-5187/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5187/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5187/2022 21.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 189,3 manat əsas, 28,3 manat cərimə, cəmi 217,6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 264 manat əsas, 39,6 manat cərimə, cəmi 303,6 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 158,5 manat əsas, 23,7 manat cərimə, cəmi 182,2 manat və xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 427,6 manat əsas, 64,1 manat cərimə, cəmi 491,7 manat, dörd müqavilə üzrə 1039,4 manat əsas, 155,7 manat cərimə, ümumiliksə 1195,1 manat və 31,96 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung A127” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla, cəmi 329,3 manat, ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı paltaryuyan maşın üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla, cəmi 820 manat, ********* saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı televizor üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla, cəmi 1048,5 manat və ********* saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “İphone” markalı mobil telefon, “Apple” markalı qulaqcıq, 1 ədəd telefon üçün aksessuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 88 manat olmaqla, cəmi 1573,6 manat, ümumilikdə dörd müqavilə üzrə 3771,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 28 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 60 manat və xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 90 manat ödəniş etmiş və dörd müqavilə üzrə cəmi qalıq qalmış 1039,4 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ********* saylı, xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 189,3 manat məbləğində əsas borc, 283 manat məbləğində cərimə borcu, cəmi 472,3 manat borcu, ********* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 264 manat əsas borc, 396 manat məbləğində cərimə borcu, cəmi 660 manat borcu, ********* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 158,5 manat əsas borc, 237 manat məbləğində cərimə borcu, cəmi 395,5 manat borcu, ********* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 427,6 manat əsas borc, 641 manat məbləğində cərimə borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 189,3 manat əsas, 28,3 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 264 manat əsas, 39,6 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 158,5 manat əsas, 23,7 manat cərimə və xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 427,6 manat əsas, 64,1 manat cərimə, ümumilikdə 1039.4 manat əsasə və 155.7 manat cərimə borcu manat məbləğində borc pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 31,96 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 189,3 (yüz səksən doqquz manat otuz qəpik) manat əsas, 28,3 (iyirmi səkkiz manat otuz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 264 (iki yüz altmış dörd) manat əsas, 39,6 (otuz doqquz manat altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 158,5 (yüz əlli səkkiz manat əlli qəpik) manat əsas, 23,7 (iyirmi üç manat yetmiş qəpik) manat cərimə və xx.xx.2020-ci il tarixli ********* saylı müddətli alqısatqı müqaviləsinə əsasən 427,6 (dörd yüz iyirmi yeddi manat altmış qəpik) manat əsas, 64,1 (alymış dörd manat on qəpik) manat cərimə, ümumilikdə 1195.10 (bir min yüz doxsan beş manat on qəpik) və 31,96 (otuz bir manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar