Məhkəmə qərarları › İş №e-2(004)-5230/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5230/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5230/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********36165 İphone 16 PRO üçün 3324.72 (üç min üç yüz iyirmi dörd manat, 72 qəpik) manat ödənilməmiş hissə, 332.47 (üç yü zotuz iki manat, 47 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********41875 Samsung Galaxy S24 Ultra, Samsung S24 Case üçün 2308 (iki min üç yüz səkkiz) manat ödənilməmiş hissə, 230.8 (iki yüz otuz manat, 80 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İzqara Braun, X2 2 İl xidməti üçün, 445.3 (dörd yüz qırx beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 44.53 (qırx dörd manat, 53 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1, Blender Braun, X2 2 il xidməti üçün , 88.02 (səksən səkkiz manat iki qəpik) manat ödənilməmiş hissə, 8.80 (səkki zmanat, 80 qəpik) manat dəbbə, ümumilikdə 6782.64 manat borc, 87.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********36165 İphone 16 Pro, İmei Kod **********41875 Samsung Galaxy S24 Ultra, Samsung S24 Case, İzqarabraun, X22 il Xidməti, X1, Blendebraun, X2 2 il xidməti almış və nəticədə 6782.64 (altı min yeddi yüz səksən iki manat 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3627 (üç min altı yü ziyirmi yeddi) manat (12 ay x 302.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********36165 İphone 16 PRO üçün ümumilikdə, 3657.19 (üç min altı yüz əlli yeddi manat, 19 qəpik) manat olmaqla ondan, 3324.72 (üç min üç yüz iyirmi dörd manat, 72 qəpik) manat ödənilməmiş hissə, 332.47 (üç yü zotuz iki manat, 47 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2936.6 (iki min doqquz yüz otuz altı manat. 60 qəpik) manat (12 ay x 230.8 manat + 167 manat ilkin ödəniş) olan İmei kod **********41875 Samsung Galaxy S24 Ultra, Samsung S24 Case üçün ümumilikdə, 2538.80 (iki min beş yü zotuz səkki zmanat, 80 qəpik) manat olmaqla ondan, 2308 (iki min üç yüz səkkiz) manat ödənilməmiş hissə, 230.8 (iki yüz otuz manat, 80 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 672.68 (altı yü zyetmiş iki manat, 68 qəpik) manat (18 ay x 34.26 manat + 56 manat ilkin ödəniş) olan İzqara Braun, X2 2 il xidməti üçün ümumilikdə, 489.83 (dörd yüz səksən doqquz manat, 83 qəpik) manat olmaqla ondan, 445.3 (dörd yüz qırx beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 44.53 (qırx dörd manat, 53 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 578.96 (beş yü zyetmiş səkkiz manat, 96 qəpik) manat (6 ay x 88.16 manat + 50 manat ilkin ödəniş) olan X1, Blender Braun, X2 2 il xidməti üçün ümumilikdə 96.82 (doxsan altı manat, 82 qəpik) manat olmaqla ondan, 88.02 (səksən səkkiz manat 2 qəpik) manat ödənilməmiş hissə, 8.80 (səkki zmanat, 80 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1649.2 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, hesablanmış dəbbə borcu ilə razı deyil. Əsas borcu isə 4 ay ərzində tam ödəyəcəkdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onların iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09547202 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 578,98 manat olan X1, Blender Braun, X2 2 il xidmətini alıcıya verməyi, alıcı isə 50 manat ilkin ödəniş etməyi və hər ay 88,16 manat olmaqla 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 09547202 nömrəli alqı-satqı müqaviləsi üzrə X1, Blender Braun, X2 2 il xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 14412021 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 672,6 manat olan İzqara Braunu (2 illik ultra qızıl zəmanət xidməti ilə) alıcıya verməyi, alıcı isə 56 manat ilkin ödəniş etməyi və hər ay 34,26 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 14412021 nömrəli alqı-satqı müqaviləsi üzrə İzqara Braun (2 illik ultra qızıl zəmanət xidməti ilə) xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 2936,6 manat olan İmei kod **********41875 Samsung Galaxy S24 Ultra, Samsung S24 Case markalı telefonları alıcıya verməyi, alıcı isə 167 manat ilkin ödəniş etməyi və hər ay 230,8 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İmei kod **********41875 Samsung Galaxy S24 Ultra, Samsung S24 Case markalı telefonlar tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 3299,99 manat olan İmei kod **********36165 İphone 16 PRO 256 GB markalı mobil telefonu alıcıya verməyi, alıcı isə 0 manat ilkin ödəniş etməyi və hər ay 302,25 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İmei kod **********36165 İphone 16 PRO 16 PRO 256 GB tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 302,28 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 3324,72 manat, dəbbə pulu 332,47 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 628,6 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 2308 manat, dəbbə pulu 230,80 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 227,38 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 445,3 manat, dəbbə pulu 44,53 manat , xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 490,94 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 88,02 manat, dəbbə pulu 8,80 manat təşkil edir.Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 1-ci müqavilə üzrə 2992,25,2-ci müqavilə üzrə 2077,20, 3-cü müqavilə üzrə 400,77, 4-cü müqavilə üzrə 79,22 manatı müştəriyə güzəşt edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 87,83 (səksən yeddi manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli nisyə alğı-satqı müqavilələrinə əlavələrdən görünür ki, alınmış məhsulların dəyəri 7816,18 manatdır. Müqavilələr üzrə ödənilməmiş məbləğ 6166,04 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 4911,55-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın müqavilə üzrə cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə üzrə hesablanmış 332,47 manat, 230,80 manat, 44,53 manat və 8,80 məbləğində cərimələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 70 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 83,01 (səksən üç manat bir qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3324,72 (üç min üç yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat əsas borc, 70 (yetmiş) manat cərimə borcu, il tarixli müqavilə üzrə 2308 (iki min üç yüz səkkiz) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 445,30 (dörd yüz qırx beş manat otuz qəpik) əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 88,02 (səksən iki manat iki qəpik) əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 6301,04 (altı min üç yüz bir manat dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun 83,01 (səksən üç manat bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3324,72 (üç min üç yüz iyirmi dörd manat yetmiş iki qəpik) manat əsas borc, 70 (yetmiş) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2308 (iki min üç yüz səkkiz) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 445,30 (dörd yüz qırx beş manat otuz qəpik) əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 88,02 (səksən iki manat iki qəpik) əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 6301,04 (altı min üç yüz bir manat dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun 83,01 (səksən üç manat bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar