Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5238/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750 manat məbləğində vurulmuş zərər 30 manat mıəbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, X1 məxsus “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən icbari qaydada sığorta olunmuşdur. İş materiallarında olan PXA72338 nömrəli aktın surətin surətindən görünür ki, “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İnfiniti QX 56 markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Maddi ziyanın məbləği 750 manat təşkil edir. 3-cü şəxs X4 baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzini almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən olunur ki, “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Səfərov X2 Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunur ki, “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Səfərov X2 Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AD seriyalı, 731211 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, ““X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 3 ay müddətinə xx.xx.2021-ci il tarixədək idarə edilməsi etibar edilmişdir. Bu etibarnaməyə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarında olan “Autobox” avtomobile servis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “qiymətləndirmə aktın”dan görünür ki, “İnfiniti QX 56 markalı ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 750 manat təşkil edir. İş materiallarında olan ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün plastik kart və ŞEN zərflər X3 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750 manat məbləğində vurulmuş zərər 30 manat mıəbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsi ilə İnfiniti QX 56 markalı ** ZU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etməsi sığortaçının ona qarşı subroqasiya qaydasında pul tələb etməsi üçün əsasdır. Həmçinin, digər cavabdeh “X7” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 idarə etmək üçün verdiyindən, beləliklə də nəqliyyat vasitəsinin hüquqazidd hərəkətlər nəticəsində onun məsuliyyət dairəsindən çıxması iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiqini tapmadığından idida tələbi Cavabdeh1 münasibətdə də əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 750 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5238/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5238/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver