Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5271/2022 18.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, ərizəçi İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etməmişdən qabaq xx.xx.2022-ci ildə sadə yazılı formada vəsiyyatnamə tərtib edib imzalayaraq özünün və mərhum anası X9 bütün daşınar və daşınmaz əmlakını, bank əmanətlərini dayısı qızı, yəni ona vəsiyyət etmişdir. Göstərilənlərə əsaslanaraq, o, mərhum X6 və X10 məxsus olmuş Bakı şəhəri, A.Mustafayev küçəsində yerləşən 23 saylı evin, 4 nömrəli mənzilinə dair vəsiyyət üzrə şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişdir. Lakin Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu Elmar Əliyev 2880 saylı xx.xx.2022-ci il tarixli və 2945 saylı xx.xx.2022-ci il tarixli məktublarla ona vəsiyyət üzrə şəhadətnamə verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bildirir ki, o mərhum X4 dayısı qızıdır. X4 anası X12 xx.xx.2021-ci il il tarixdə vəfat etmişdir. Onların digər qanun üzrə vərəsələri də yoxdur. Göstərilənlərə əsasən X2 xx.xx.2022-ci il tarixdə tərtib olunmuş vəsiyətnamədə imzanın onun özünə məxsus olması faktının müəyyən edilməsi, onun xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə X4 və X9 vərəsəsi kimi tanınması, onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Bakı şəhəri 14 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə tərtib olunmuş vəsiyətnamənin X5 aid, məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkməyə ərizə ünvanlayaraq, ərizəyə onların iştirakı olmadan baxılmasını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o, ərizəçini tanıyır. O, Tatyana ilə birlikdə, ərizəçinin qohumları olan X6 və X9 evlərinə gedib gəlmişdir. Raisa xanın rəhmətə gedəndən sonra onlara məxsus evdə Aleksandr tək yaşamışdır. Ərizəçi İddiaçı X1q etmiş, onun qayğısına qalmışdır. Aleksandr hər zaman deyirdi ki, Tatyana ona qulluq etdiyi üçün əmlakını ona bağışlayacaqdır. Hazırda sözü gedən mənzildə heç kim yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o, ərizəçini tanıyır və onun vasitəsi ilə də, X6 və X9 evlərinə gedib gəlmişdir. Belə ki, özü tibb bacısıdır və sonunculara iynələr vurmaq, eləcə də sistem köçürtmək məqsədi ilə onların evlərinin gedib gəlmişdir. Raisa xanım rəhmətə gedəndə yasında da, iştirak etmiş, lakin oğlunun yas mərasimində olmamışdır. Belə ki, Raisa xanım 2021-ci il də, oğlu isə ondan bir il sonra vəfat etmişdir. Aleksandr da, xəstə olduğu üçün müalicə alırdı və onun iynə və sistemlərini də, o köçürmüşdür. Raisa xanım rəhmətə gedəndən sonra Aleksandra Tatyana baxırdı və onun qayğısına qalırdı. Elə həmin ərəfələr Aleksandr Tatyananın ona yaxşı baxdığı üçün əmlaklarını ona vəsiyyət edəcəyini deyirdi. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki. X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ürək aterosklerotik xəstəliyindən vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki. X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ürək aterosklerotik xəstəliyindən vəfat etmişdir. MH seriyalı, 118959 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nörməli mənzilin ½ hissəsi X9, digər ½ hissəsi isə X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixli rus dilində tərtib edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nörməli mənzilində yaşayan X6, bütün mülkiyyətini, eləcə də anası X9 mülkiyyətini, bütün daşınar və daşınmaz əmlakı, yəni pul və mənzilləri, ünvan 2 ünvanında yaşayan ana tərəfdən olan dayısı qızı İddiaçı vəsiyyət etmişdir. Bu vəsiyyətlə bütün qohumlarını mülkiyyətindən məhrum edir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2880 saylı və xx.xx.2022-ci il tarixli, 2945 saylı məktubundan görünür ki, İddiaçı qanuna uyğun sənədlər və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi notariat ofisinə təqdim edildikdən sonra miras əmlakdakı hissəyə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün ola biləcəyi bildirilmişdir. X13 xx.xx.2022-ci il tarixli, İEM-1/9/22 saylı mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 adından olan, onun özünə və anasına məxsus bütün daşınar və daşınmaz əmlakların İddiaçı vəsiyyət edilməsinə dair tərtib olunmuş 3 mart 2022-ci il tarixli vəsiyyətnamənin (rus dilində tərtib olunmuş “Завещание” adlı sənəd) aşağı hissəsində “Паничкин Александр Владиславович” yazısından əvvəlki imza ilə X4 adından X9 adına verilmiş 17 oktyabr 2012-ci il tarixli 7E/45973 nömrəli reyestrlə notarial qeydiyyatdan keçmiş etibarnamənin kserosurətində “İmza” qrafasında “Паничкин Александр” yazısından əvvəlki imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-сi maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 4 nörməli mənzilin ½ hissəsi X9, digər ½ hissəsi isə X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş. Sonunculara bu barədə MH seriyalı, 118959 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ünvanda X6 və X12 birlikdə yaşamışlar (ana və oğul). X12 xx.xx.2021-ci il tarixdə, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ürək aterosklerotik xəstəliyindən vəfat etmişdir. X6 vəfat etməmişdən qabaq xx.xx.2022-ci il tarixli rus dilində sadə yazılı qaydada vəsiyyətnamə tərtib edərək, ünvan 1 ünvanında yerləşən 4 nörməli mənzilində yaşayan X6, bütün mülkiyyətini, eləcə də anası X9 mülkiyyətini, bütün daşınar və daşınmaz əmlakı, yəni pul və mənzilləri, ünvan 2 ünvanında yaşayan ana tərəfdən olan dayısı qızı İddiaçı vəsiyyət etmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli rus dilində sadə yazılı qaydada vəsiyyətnamənin X13 xx.xx.2022-ci il tarixli, İEM-1/9/22 saylı mütəxəssis rəyi ilə X5 aid olması müəyyən edilmişdir. İş materialları ilə həmçinin o da müəyyən edilmişdir ki, X6 anasına məxsus ünvan 1 ünvanında yerləşən 4 nörməli mənzilin ½ hissəsini sonuncunun vəfatından sonra faktiki olaraq qəbul edərək, həmin əmlakı idarə etmiş, ümumilikdə mənzilə dair kommunal və digər xərcləri ödəmişdir. Sözü gedən bu hallar iş materialları və eləcə də, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.2-ci maddəsinin tələbinə görə Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş vəsiyyətnamənin X6 tərəfindən tərtib edilməsi (ona aid olması) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş vəsiyyətnamənin X6 tərəfindən tərtib edilməsi (ona aid olması) faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-5271/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5271/2022
18.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver