Məhkəmə qərarları › İş №e-2(004)-5273/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5273/2025

14.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5273/2025 14.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə borcun ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1395,84 manat borcun (abonent kodu: **********760) və 33,96 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********760) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana xx/xx/2017-ci il tarixində quraşdırılmış CSS-20 markalı, 17040190 nömrəli sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1.395,84 (bir min üç yüz doxsan beş manat səksən dörd qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək və məhkəməyə ərizə təqdim edərək ərizəsində bildirmişdir ki, yaranmış həmin borc 10 ildən çox müddətdə formalaşmış borcdur. Həmin borcun bir qismi vaxtı ilə əsassız hesablandığı üçün o, borcun silinməsi xahiş etmiş və müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia müddəti keçmiş borcun ondan tələb edilməməsi və silinməsi, yalnız son 3 ilin borc məbləğinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kodu **********760 olan Cavabdeh adına olan abonentin kartından görünür ki, ünvan 1 ünvanı üzrə 2014-2025-ci il tarixləri üzrə 1395,84 (bir min üç yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində borc hesablanmışdır. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2025-ci il tarixinə cavabdehin su və çirkab su xidmətindən istifadəyə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Yasamal Rayon Sukanal idarəsinə 1395,84 (bir min üç yüz doxsan beş manat səksən dörd qəpik) manat son ödəmə tarixi keçmiş, ödənilməmiş yaranmış borcla bağlı 5 iş gün ərzində ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi su ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Cavabdeh, eyni zamanda, iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, kommunal xidmətərə görə yığılmış borcun ödənilməsi tələbinin iddia müddətinin keçməsinə görə rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə mübahisə vaxtaşırı ödənilməli olan kommunal xidmət haqqı borcuna görə yarandığından, tələbə üç illik iddia müddəti şamil edilir. Məhkəmə iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı 2014-cü ildən 2025-ci ilin sonuna qədər yaranmış 1395,84 (bir min üç yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehin 2022-ci ilin sentyabr ayına qədər olan borcun ödənilməsini tələb hüququ, müddətin keçməsinə görə qüvvəsini itirmişdir. Belə olan halda cavabdehdən yalnız 2022ci ilin sentyabr ayından etibarən həmin illər üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla yaranmış borc, 2022-ci ilin sentyabr ayından həmin il üçün 2 manat, 2023-cü il üçün 105 manat, 2024-cü il üçün 140 manat, 2025-ci il üçün 23 manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat istifadə etdiyi sərfiyyata görə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, qanunvericiliklə vaxtaşırı ödənişlər üzrə öhdəliklərin icrası üçün (xitam olunması) beş illik müddət müəyyən edilsə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə (tələb etmək hüququ) iddia müddəti üç il müəyyən edilmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddia müddəti tətbiq edilməklə Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməyə görə 2022-ci ilin sentyabr ayından yaranmış 270 (iki yüz yetmiş) manat məbləğində borc pul tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 33,96 (otuz üç manat doxsan altı qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilməlidir. Həmin Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********760) su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilsin. İş üzrə ödənilmiş 33,96 (otuz üç manat doxsan altı qəpik) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar