Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5306/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE038594 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 76 (yetmiş altı manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh ilə arasında BL971587 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 4-dən gec olmamaqla 398 (üç yüz doxsan səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE038594 saylı müqaviləyə əsasən 445,58 (dörd yüz qırx beş manat əlli səkkiz qəpik) manat əsas borc, BL971587 saylı müqaviləyə əsasən 790,98 (yeddi yüz doxsan manat doxsan səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə, ümumilikdə 1246,56 (min iki yüz qırx altı manat əlli altı qəpik) manat borcu qalmışdır. Göstərilənlərə əsasən, BE038594 saylı müqaviləyə əsasən 445,58 (dörd yüz qırx beş manat əlli səkkiz qəpik) manat əsas borc, BL971587 saylı müqaviləyə əsasən 790,98 (yeddi yüz doxsan manat doxsan səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə, ümumilikdə 1246,56 ( min iki yüz qırx altı manat əlli altı qəpik) manat borc və 33 (otuz üç) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış BE038594 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, X1 Haier ES3OV-A2, Wmacine Yoshiro YWM-L7 1OV552S və VİP Zəmanət xidmətini İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış BL971587 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, X3 200 MK və İPhone 15 X2 markalı mobil telefonu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE038594 saylı müqaviləyə əsasən tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 445,58 (dörd yüz qırx beş manat əlli səkkiz qəpik) əsas borcu yaranmışdır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL971587 saylı müqaviləyə əsasən tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 790,98 (yeddi yüz doxsan manat doxsan səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu yaranmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış BE038594 saylı və BL971587 saylı nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas borca münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan BE038594 saylı və BL971587 saylı nisyə alqı-satqı müqavilələrinin üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış BE038594 saylı və BL971587 saylı nisyə alqı-satqı müqavilələrinin şərtləri və MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında BE038594 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 76 (yetmiş altı manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh ilə arasında BL971587 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 4-dən gec olmamaqla 398 (üç yüz doxsan səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE038594 saylı müqaviləyə əsasən 445,58 (dörd yüz qırx beş manat əlli səkkiz qəpik) manat əsas borc, BL971587 saylımüqaviləyə əsasən 790,98 (yeddi yüz doxsan manat doxsan səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə, ümumilikdə 1246,56 (min iki yüz qırx altı manat əlli altı qəpik) manat borcu vardır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, sübutetmə (təkzibetmə) funksiyası təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BE038594 saylı müqaviləyə əsasən 445,58 (dörd yüz qırx beş manat əlli səkkiz qəpik) manat əsas borc, BL971587 saylı müqaviləyə əsasən 790,98 (yeddi yüz doxsan manat doxsan səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə, ümumilikdə 1246,56 (min iki yüz qırx altı manat əlli altı qəpik) manat borc və 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh BE038594 saylı müqaviləyə əsasən 445,58 (dörd yüz qırx beş manat əlli səkkiz qəpik) manat əsas borc, BL971587 saylı müqaviləyə əsasən 790,98 (yeddi yüz doxsan manat doxsan səkkiz qəpik) manat əsas borc, 10 (on) manat cərimə, ümumilikdə 1246,56 (min iki yüz qırx altı manat əlli altı qəpik) manat borc və 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5306/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5306/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver