Məhkəmə qərarları › İş №e-2(004)-5312/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5312/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5312/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-ci il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 1582,55 manat debitor borcun, ödənilmiş 35,85 manat dövlət rüsumunun cəmi 1618,4 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, CavabdehYusif qızı İddiaçı Lənkəran X6 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kodu **********00390 olmaqla, xx.xx.2015ci il tarixli, 17452 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Ləhkəran rayonun Səbir kəndi ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-ci il tarixə 1582,55 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb CavabdehYusif qızının sayğac vasitəsilə istehlak etdiyi təbii qazın pulunu ödəməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 1582,55 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 17452 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddia ərizəsinə əlavə etdiyi sübütlar aşağıdakılardır: borclunun istehlak etdiyi təbii qazın aylar üzrə “Saldo”su; “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”; Debitor borcun ödənilməsi tələbi barədə xəbərdarlıq. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, o, Cavabdeh "Azəriqaz” İB-nin ona qarşı əsassız iddiasına aşağıdakı əsaslarla etirazımı bildirir. Adı çəkilən ünvandakı əmlakını xx.xx.2016-cı il tarixindən ünvan 1qavilə əsasında X1. Ona heç bir xəbərdarlıq bildirişi də gəlməyib. Qaz haqqının son ödənilmiş qəbzini də Kərimova Gülşənə təhvil vermişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “SO” nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”na uyğun olan müqaviləyə əsasən məlum olur ki, "Azəriqaz” İB-nin iddiaçı nümayəndəsi ünvanın başqasına məxsus olduğunu bilərək, vəzifə borcuna məsuliyyətsiz və hərəkətsizliyi səbəbindən müqavilənin şərtlərini aşağıdakı əsaslarla pozmuşdur. “Azəriqaz" İB-nin iddiaçı nümayəndəsi vaxtında vicdanla müqavilənin şərtlərini yerinə yetirsəydi xx.xx.2024-cü il tarixə 1582,55 manat məbləğində borcu yaranmazdı. İddiaçının səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, işə nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etriazın məzmuna uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə ərizə təqdim edərək, 2015-2016-cı ilin oktyabr ayının 14-nə kimi hesablanmış borca münasibətdə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Lənkəran X6 İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 17452 saylı müqavilə qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən qaz paylayıcısı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək öhdəliyini götürmüşdür. 30 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan və poçt sistemindən çıxarışdan görünür ki, Cavabdeh 1582,55 manat borcun ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh məxsus **********00390 saylı abonent saldosundan görünür ki, qaz istifadəsinə görə 1582,55 manat borc hesablanmışdır. AN seriyalı, ******* saylı, 14 oktyabr 2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ünvan 2i ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97 kv.m, yaşayış sahəsi 23.7 kv.m, yardımçı sahəsi 73.3 kv.m olan 1 otaqlı fərdi yaşayış evini alıcı X2. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasında iddiaçı cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Hazırda iddiaçı təbii qazdan istifadə nəticəsində yaranmış, lakin abonent tərəfindən ödənilməmiş borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evi 2016-cı ilin oktyabr ayında başqasına satılmışdır. Habelə cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, 2015 və 2016-cı ilin oktyabr ayının 14-nə kimi hesablanmış borca iddia müddətinin tətbiq edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Belə ki, mülki qanunvericiliyə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh 2015 və 2016-cı ilin oktyabr ayının 14nə kimi hesablanmış borc tələbinə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, həmçinin 2016-cı ilin oktyabr ayından mənzili başqa şəxsə satmaqla həmin mənzildə istehlakçı kimi qazdan istifadə etmədiyindən, iddia tələbi rədd edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar