Məhkəmə qərarları › İş №e-2(004)-5340/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5340/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5340/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFFMANN SİAC kondisioner üçün 679,61 (altı yüz yetmiş doqquz manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 202,59 (iki yüz iki manat əlli doqquz qəpik) manat dəbbə; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50607 İPHONE 13 PRO markalı telefonüçün 2602,03 (iki min altı yüz iki manat üç qəpik) manat ödənilməmiş hissə, 744,97 (yeddi yüz qırx dörd manat doxsan yeddi qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********97521 İPHONE 11 markalı telefon üçün 1243,44 (bir min iki yüz qırx üç manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 372,36 (üç yüz yetmiş iki manat otuz altı qəpik) manat dəbbə, ümumilikdə 5845 manat borc, 78,45 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 2.07.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFFMANN SİAC kondisioner, İmei kod **********50607 İPHONE 13 PRO markalı telefon, İmei kod **********97521 İPHONE 11 markalı telefon almış və nəticədə 5845 (beş min səkkiz yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1285,2 (bir min iki yüz səksən beş manat iyirmi qəpik) manat (17 ay x 75.6 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd HOFFMANN SİAC kondision üçün ümumilikdə, 882.2 (səkkiz yüz səksən iki mnaat iyirmi qəpik) manat olmaqla ondan, 679.61 (altı yüz yetmiş doqquz manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 202.59 (iki yüz iki manat əlli doqquz qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2674.98 (iki min altı yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat (14 ay x 191.07 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50607 İPHONE 13 PRO markalı telefonüçün ümumilikdə, 3347 (üç min üç yüz qırx yeddi) manat olmaqla ondan, 2602.03 (iki min altı yüz iki manat üç qəpik) manat ödənilməmiş hissə, 744.97 (yeddi yüz qırx dörd manat doxsan yeddi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1658.04 (bir min altı yüz əlli səkkiz manat dörd qəpik) manat (12 ay x 138.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********97521 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 1615.8 (bir min altı yüz on beş manat səksən qəpik) manat olmaqla ondan, 1243.44 (bir min iki yüz qırx üç manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 372.36 (üç yüz yetmiş iki manat otuz altı qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1093.14 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, onun yalnız «İPHONE 11» markalı telefon üçün borcu vardır. Digər müqavilələr üzrə borcunu ödəmişdir. Özü həmin şirkətdə uzun müddət işləmişdir. Şirkətin sistemində problem olduğu üçün bütün müştərilərilərinin borclarının üstünə borc hesablanır. Bir il olar ki, o, həmin şirkətdən işdən çıxmışdır. Keçən il ona zəng edib nə qədər borcu olduğunu soruşmuşlar. Bununla bağlı telefon danışıqlarıda movcuddur. Borclarını ödəsə də, qəbzlərini saxlamamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1285,20 manata 2 ədəd HOFFMANN SİAC kondisioner nisyə satmış, alıcı həmin məbləği hər ay 75,60 manat ödəmək şərti ilə 17 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 2674,98 manata İmei kod **********50607 İPHONE 13 PRO markalı telefon nisyə satmış, alıcı həmin məbləği hər ay 191,07 manat ödəmək şərti ilə 14 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1658,04 manata İmei kod **********97521 İPHONE 11 markalı telefon nisyə satmış, alıcı həmin məbləği hər ay 138,17 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1093,14 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi borcun onun tərəfindən ödənilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı məişət avadanlığı müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müqavilələrin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 202,59 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 67 manat məbləğinədək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 744,97 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 260 manat məbləğinədək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 372,36 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 120 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd HOFFMANN SİAC kondisioner üçün 679,61 (altı yüz yetmiş doqquz manat altmış bir qəpik) manat əsas borc, 67 (altmış yeddi) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50607 İPHONE 13 PRO markalı telefon üçün 2602,03 (iki min altı yüz iki manat üç qəpik) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********97521 İPHONE 11 markalı telefon üçün 1243,44 (bir min iki yüz qırx üç manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, cəmi 4972,08 (dörd min doqquz yüz yetmiş iki manat 08 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 78,45 (yetmiş səkkiz manat 45 qəpik) manat məbləğində dövlət rüsumunun 66,73 (altmış altı manat 73 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, qalan 11,72 (on bir manat 72 qəpik) manatı isə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd HOFFMANN SİAC kondisioner üçün 679,61 (altı yüz yetmiş doqquz manat altmış bir qəpik) manat əsas borc, 67 (altmış yeddi) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50607 İPHONE 13 PRO markalı telefon üçün 2602,03 (iki min altı yüz iki manat üç qəpik) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********97521 İPHONE 11 markalı telefon üçün 1243,44 (bir min iki yüz qırx üç manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat cərimə, cəmi 4972,08 (dörd min doqquz yüz yetmiş iki manat 08 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 78,45 (yetmiş səkkiz manat 45 qəpik) manat məbləğində dövlət rüsumunun 66,73 (altmış altı manat 73 qəpik) manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 11,72 (on bir manat 72 qəpik) manatı isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar