Məhkəmə qərarları › İş №e-2(004)-5346/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5346/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5346/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********50026 İPHONE 14 PRO markalı, VİNİL MAT üçün 2875.51 (iki min səkkiz yüz yetmiş beş manat əlli bir qəp) manat ödənilməmiş hissə, 307.49 (üç yüz yeddi manat qırx doqquz qəp) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG kondisioner üçün 1049.85 (bir min qırx doqquz manat səksən beş qəp) manat ödənilməmiş hissə, 157.15 (yüz əlli yeddi manat on beş qəp) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********01556 SAMSUNG GALAXY A14 MARKALİ TELEFON, SAMSUNG CHARGER üçün 305.63 (üç yüz beş manat altmış üç qəp) manat ödənilməmiş hissə, 64.37 (altmış yeddi manat otuz yeddi qəp) manat dəbbə; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********45203 XİAOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON üçün 304.65 (üç yüz dörd manat altmış beş qəp) manat ödənilməmiş hissə, 75.35 (yetmiş beş manat otuz beş qəp) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********35704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 256.84 (iki yüz əlli altı manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 63.16 (altmış üç manat on altı qəp) manat dəbbə, ümumilikdə 5460 manat borc və 74.60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********50026 İPHONE 14 PRO markalı, VİNİL MAT , SAMSUNG kondisioner, İMEİ KOD **********01556 SAMSUNG GALAXY A14 MARKALİ TELEFON, SAMSUNG CHARGER , İMEİ KOD **********45203 XİAOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON, İMEİ kod **********35704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 5460 (beş min dörd yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3697.92 (üç min altı yüz doxsan yeddi manat doxsan iki qəp) manat (18 ay x 205.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50026 İPHONE 14 PRO markalı, VİNİL MAT üçün ümumilikdə 3183 (üç min yüz səksən üç) manat olmaqla ondan, 2875.51 (iki min səkkiz yüz yetmiş beş manat əlli bir qəp) manat ödənilməmiş hissə, 307.49 (üç yüz yeddi manat qırx doqquz qəp) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı 2016 (iki min on altı) manat (18 ay x 105 manat + 126 manat ilkin ödəniş) olan SAMSUNG kondisioner üçün ümumilikdə 1207 (bir min iki yüz yeddi) manat olmaqla ondan 1049.85 (bir min qırx doqquz manat səksən beş qəp) manat ödənilməmiş hissə, 157.15 (yüz əlli yeddi manat on beş qəp) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525 (beş yüz iyirmi beş) manat (12 ay x 43.75 manat + 0 manat ilkin ödəniş) olan İMEKOD **********01556 SAMSUNG GALAXYA14 MARKALİ TELEFON, SAMSUNG CHARGER üçün ümumilkdə 370 (üç yüz yetmiş) manat olmaqla ondan 305.63 (üç yüz beş manat altmış üç qəp) manat ödənilməmiş hissə, 64.37 (altmış yeddi manat otuz yeddi qəp) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 609.96 (altı yüz doqquz manat doxsan altı qəp) manat (12 ay x 50.83manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********45203 XİAOMİ REDMİ NOTE 12 MARKALİ TELEFON üçün ümumilikdə 380 (üç yüz səksən) manat olmaqla ondan 304.65 (üç yüz dörd manat altmış beş qəp) manat ödənilməmiş hissə, 75.35 (yetmiş beş manat otuz beş qəp) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 513.96 (beş yüz on üç manat doxsan altı qəp) manat (12 ay x 42.83 manat + 0 manat ilkin ödəniş) olan, İmei kod **********35704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə 320 (üç yüz iyirmi) manat olmaqla ondan 256.84 (iki yüz əlli altı manat səksən dörd qəp) manat ödənilməmiş hissə, 63.16 (altmış üç manat on altı qəp) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2570.36 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin cavabdeh X1 qarşı sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair kiçik iddiası üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasına onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03105826 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 126 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, hər ay 105 manat ödəmək şərtilə qiyməti 2016 manat olan SAMSUNG kondisioner vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 03105826 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 201.6 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 03105826 nömrəli müqavilə üzrə SAMSUNG kondisioneri tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02136440 nömrəli müqaviləyə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə, hər ay 205.44 manat ödəmək şərtilə qiyməti 3697.92 manat olan İPHONE 14 PRO markalı, VİNİL MAT vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 02136440 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 369.8 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 02136440 nömrəli müqavilə üzrə İPHONE 14 PRO markalı, VİNİL MAT tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03115742 nömrəli müqaviləyə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, hər ay 43.75 manat ödəmək şərtilə qiyməti 525 manat olan SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 03115742 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 52.5 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 03115742 nömrəli müqavilə üzrə SAMSUNG GALAXY A14 markalı telefon, SAMSUNG CHARGER tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, hər ay 50.83 manat ödəmək şərtilə qiyməti 609.96 manat olan XİAOMİ REDMİ NOTE 12 markalı telefon vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 61 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ******* nömrəli müqavilə üzrə XİAOMİ REDMİ NOTE 12 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03856254 nömrəli müqaviləyə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, hər ay 42.83 manat ödəmək şərtilə qiyməti 513.96 manat olan XİAOMİ REDMİ NOTE 12 markalı telefon vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 03856254 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 51.4 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 03856254 nömrəli müqavilə üzrə XİAOMİ REDMİ NOTE 12 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən verdiyi malların tam saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməsini təklif etmiş, 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2875.51 manat ödənilməmiş hissə, 307.49 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 1049.85 manat ödənilməmiş hissə, 157.15 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 305.63 manat ödənilməmiş hissə, 64.37 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 304.65 manat ödənilməmiş hissə, 75.35 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 256.84 manat ödənilməmiş hissə, 63.16 manat dəbbə olmaqla, ümumilikdə 5460 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03105826 nömrəli, xx.xx.2023-cü il tarixli, 02136440 nömrəli, xx.xx.2023-cü il tarixli, 03115742 nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, 03856254 nömrəli müqavilələrdən irəli gəlir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02136440 nömrəli müqavilə üzrə 2875.51 manat əsas, 201.49 manat cərimə borcu olmaqla, cəmi 3077 manat; xx.xx.2023-cü il tarixli, 03105826 müqavilə üzrə 1049.85 manat əsas, 73.15 manat cərimə borcu olmaqla, cəmi 1123 manat, xx.xx.2023-cü il tarixli, 03115742 nömrəli müqavilə üzrə 305.63 manat əsas, 21.37 manat cərimə borcu olmaqla, cəmi 327 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 304.65 manat əsas, 21.35 manat cərimə borcu olmaqla, cəmi 326 manat, xx.xx.2023-cü il tarixli, 03856254 nömrəli müqavilə üzrə 256.84 manat əsas, 17.16 manat cərimə borcu olmaqla, cəmi 274 manat, ümumilikdə 5127 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 74.60 manat məbləğində dövlət rüsumunun 71.27 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 02136440 nömrəli müqavilə üzrə 2875.51 (iki min səkkiz yüz yetmiş beş manat əlli bir qəpik) manat əsas, 201.49 (iki yüz bir manat qırx doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03105826 nömrəli müqavilə üzrə 1049.85 (min qırx doqquz manat səksən beş qəpik) manat əsas, 73.15 (yetmiş üç manat on beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03115742 nömrəli müqavilə üzrə 305.63 (üç yüz beş manat altmış üç qəpik) manat əsas, 21.37 (iyirmi bir manat otuz yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 304.65 (üç yüz dörd manat altmış beş qəpik) manat əsas, 21.35 (iyirmi bir manat otuz beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 03856254 nömrəli müqavilə üzrə 256.84 (iki yüz əlli altı manat səksən dörd qəpik) manat əsas, 17.16 (on yeddi manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 5127 (beş min yüz iyirmi yeddi) manat və dövlət rüsumu olaraq ödənilmiş 71.27 (yetmiş bir manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar