Məhkəmə qərarları › İş №e-2(004)-5438/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5438/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5438/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25760 ABŞ dolları, 40.185,60 ABŞ dolları faiz olmaqla, cəmi 65.945,60 ABŞ dolları məbləğində pul vəsaitinin və 404 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-ya və üçüncü şəxs X5 qarşı «müqavilənin və onun nəticələriin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək məhkəmədən MTK ilə X6 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumisahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylımənzilinə dair bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsinə, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş emişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-333/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumisahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03/17 №-li müqavilə əsasında həmin mənzilə görə tərəfindən həmin tarixdə MMC-yə 25760 ABŞ dolları pul ödənilmişdir. Eyni mənzilə dair üçüncü şəxs X6 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə əsasında üçüncü şəxs tərəfindən həmin tarixdə MMC-yə 25000 ABŞ dolları pul ödənilmiş, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə xüsui mülkiyyət hüququ əsasında üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən məhkəmə aktlarından görünür ki, mənzilə görə tərəfiindən xx.xx.2006-cı il tarixdə MMC-yə 25760 ABŞ dolları pul ödənilmişdir. Hesab edir ki, müqavilə üzrə öhdəliyin predmeti olan mənzilin ona verilməsi mümkün olmadığından, həmin mənzilə görə cavabdehə ödədiyi pul vəsaiti geri qaytarılmalıdır. Mübahisəsizdir ki, cavabdeh 2006-cı ildən hal-hazıradək onda olan pul vəsaitindən faydalanmışdır. Bundan başqa cavabdeh onun pul vəsaitini qanunsuz saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, onun ödənilməsini gecikdirmişdir. Belə ki, xx.xx.2006-cı il tarixli, 03/17 №-li müqavilə bağlayaraq ondan Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilin mənə satılmasının əvəzində mənzilin dəyərini təşkil edən 25760 ABŞ dolları məbləğində vəsaiti almasına baxmayaraq, həmin mənzili sonradan X6 ilə bağladığı xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə əsasında ona yenidən satmış və 25000 ABŞ dolları almış, andan almış olduğu 25760 ABŞ dolları pul vəsaitini isə 16 il müddətində qanunsuz olaraq saxlamış, ondan qanunsuz olaraq faydalanmışdır. 2022-ci il üçün Azərbaycan Mərkəzin Bankının müəyyən etdiyi faiz dərəcəsi 7,75 %-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinin tələbinə görə faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehdən 25760 ABŞ dolları, həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 7,75 % uçot dərəcəsinə iki faiz bəndi əlavə edilməklə illik (25760 X 9,75 % =2.511,60) 2.511,60 faiz hesablanmalı, bununla da həmin məbləğin qanunsuz olaraq saxlanıldığı 2006-cı ildən keçən 16 il müddətində toplanmış 40.185,60 (2.511,60 X 16 il = 40.185,60) məbləğində faizləri də cavabdehdən alınaraq ona ödənilməlidr. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla, eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. İddianın təmin olunması üçün hər hansı bir hüquqi və faktiki əsasın olmadığı qənaətindədir. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Belə ki, 2006-cı ildəki mədaxil orderində öncə baş mühasib qrafası, daha sonra sədr qrafası vardır. 2007-ci ildəkində isə öncə direktor (əvvəlki qəbzdə isə direktor əvəzinə sədr qeyd edilib) sonra baş mühasib qeyd edilmişdir. Qəbzlərdəki yazı üslubundan görünür ki, tamamilə başqa şəxslər tərəfindən tərtib edilmişdir. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Qeyd edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilərək bina sakinlərinə təhvil verilmişdir. İddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilmiş 1 bloklu, 15 mərtəbəli, yaşayış avinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan 17 saylı mənzilin ona satılmış olmasını israr etsə də, ötən 15 il ərzində bir dəfə də olsun həmin mənzilə gəlməmiş, mənzili və ya onun dəyəri ilə bağlı cəmiyyətə qarşı bir dəfə də olsun heç bir tələb irəli sürməmişdir (tələbinə dair hər hansı yazılı sübut yoxdur). Ötən bu müddət ərzində iddiaçı əgər həqiqətən də mənzilin sahibi idisə mütləq mənzilə gələrək baş çəkməli idi və əgər gəlmiş olsa idi həmin mənzilin başqaları tərəfindən təmir olunaraq yaşayış sahəsi kimi istifadə edilməsinin şahidi ola bilərdi.Hətta tikinti şirkətinin təşkilati-hüquqi formasının MMC-dən MTK-ya dəyişməsində də məlumatı yoxdur.Mübahisəli mənzil iddiaçının istinad etdiyi müqavilənin bağalanmasından 6 ay sonra, yəni xx.xx.2007-ci ildə, 03/17 saylı müqavilə əsasında X2. Bina təhvil verildikdən sonra mənzilin əsl sahibi X6 mənzili təmir etmiş və hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bütün bu yuxarıda qeyd edilən faktlar iddiaçının bundan əvvəl Saumqayıt şəhər Məhkəməsində mənzilin faktii istifadəsinə verilməsinə dair tələbinə baxılarkən etiraz şəklində məhkəməyə təqdim edilmiş və məhkəmə bu məsələlərə hüquqi qiymət vermişdir. Eyni zamanda, iş üzrə iddia müddəti də ötmüşdür. Belə ki, hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə hesab edir ki, iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddia rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın əsassız olduğuna görə, həmçinin, iddia müddəti tətbiq edilərək rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğuna görə və iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTKya və üçüncü şəxs X5 qarşı “müqavilənin və onun nəticələriin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MTK ilə X6 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilinə dair bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilənin və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş emişdir. Qətnamə ilə iddia rədd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki:

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzili iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür.

2. İddiaçı cavabdeh cəmiyyətə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir.

3. Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzili X3 öz öhdəsinə götürmüş, mənzilin dəyəri 25000 ABŞ dolları müəyyən olunmuşdur.

4. Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X4 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-333/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən mənzilin pulunu nəğd ödəmiş və qəbzini almışdır. O, həm Azərbaycan, həm də İsrail vətəndaşı olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş, bu səbəbdən Sumqayıt şəhərində sözü gedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə ödənilmiş pul məbləğinin qaytarılması hissəsində əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə 25.760 ABŞ dolları alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində pul məbləğinin gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faiz məbləğinin tutulması tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə istinad etməsi qəbul edilə bilməz. Belə ki, maddənin adından da göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsi pul öhdəliklərinin icrası ilə bağlı tətbiq edilir. Hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər isə pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tətbiq edilməlidir. Həm də zərərin məbləği müəyyən edilərkən, zərərçəkənin, hazırki iş üzrə iddiaçının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Belə ki, MPM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh təşkilatla xx.xx.2006-cı il tarixdə mənzil tikintisi ilə bağlı müqavilə bağlamasına baxmayaraq, uzun müddət keçdikdən sonra, yəni 2021-ci ildə müvafiq iddia ərizəsi ilə məhkəmyə müraciət etmiş, bununla da, ona dəymiş zərərin artmasına bilavasitə səbəb olan hərəkətlərə yol vermişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, cavabdehdən 2021-ci ildən başalanılmaqla, iki il müddəti üçün müqavilə üzrə ödənilmiş 25.760 ABŞ dolları məbləğinin illik beş faizi miqdarında, yəni 2.576 ABŞ dollarıalınaraq iddiaçıya verilməlidir. (25.760 USD x 5% / 100% = 1288 USD x 2 il = 2.576 USD) Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, işin məhkəmə baxışı zamanı araşdırılmış, eləcə də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaç öz hüquqlarının pozulması barədə 2021-ci ildə məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia tələbi qismən təmin edilsin. Cavabdehndən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə 25.760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2.576 ABŞ dolları faizlər olmaqla, cəmi 28.336 (iyirmi səkkiz min üç yüz otuz altı) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumunun 173,72 (bir yüz yetmiş üç manat 72 qəpik) manat hissəsi tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar