Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5456/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda mənzilin bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin İddiaçı qaytarılması öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MTK-nın üzərinə qoyulması, bu mümkün olmadıqda iddiaçının başqa bir mənzillə təmin olunması və ya qeyd edilən ünvandakı mənzlilin bazar qiyməti üzrə pul məbləğinin hesablanıb cavabdehlərdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanında inşa edilən binanın 11ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin İddiaçı qaytarılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, bu mümkün olmadıqda iddiaçının həmin ünvandakı mənzilin bazar qiyməti 150 min manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 Avqust 2009-cu il tarixində Cavabdeh1MMC ilə onun arasında ünvan 3 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanılmışdır.Müqavilə üzrə nəzərdə tutulmuş 39500 manat iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə tam ödənilmişdir, bu barədə Cavabdeh1 MMC tərəfindən borcun olmaması barədə maliyyə arayışı da təqdim edilmişdir. Hazırda binanın tikintisi başa çatmışdır və mənzil hələ də iddiaçıya təhvil verilməmişdir.İddiaçı həmin binaya mənzilini təhvil almaq üçün getdikdə, binanın tikintisinin Cavabdeh2 MTK tərəfindən aparıldığını bilmişdir. İddiaçı Cavabdeh2MTK-ya ərizə ilə müraciət etmiş və ona rəsmi olaraq cavab verilmişdir ki,“qeyd olunan ünvanda hündürmərtəbəli yaşayış evinin tikintisi üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə "xxxx" MMCyə verildiyini və Cavabdeh2MTK-nın da həmin MMC-nin hüquqi varisi olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mənzili Cavabdeh1MMC-dən almısınız, Cavabdeh1 MMC-nin "xxxx" MMC və Cavabdeh2 MTK-ya heç bir aidiyyatı yoxdur.” Qeyd edir ki, iddiaçı Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişdir, Cavabdeh1 MMC isə öz öhdəliyini yerinə yetirməmiş iddiaçının mənzilini ona təhvil verməmişdir. Daha sonra cinayət işi başlanması üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi yazılmışdır. Baş Prokuroluq tərəfindən iş araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. Bakı Şəhər Prokurorluğu 22-0090-xxxx-03951117-3322 saylı məktubla cavab göndərərək işin mülki xarakterli olduğu və ona görə də mülki qaydada müvafiq məhkəmədə mübahisələndirilə bilinəcəyini qeyd etmişdir. Daha sonra Yasamal Rayon Prokurorluğuna şikayət ərizəsi verilmişdir. Lakin, həmin prokurorluq idarəsi də eyni cavabı verərək işin mülki xarakterli olduğu və mübahisənin mülki məhkəmə qaydasında həll oluna biləcəyini bildirmişdir. Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi verilmiş və Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun 886-S-22 saylı cavab məktubu ilə bağlı araşdırma aparıb yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən 6(004)-94/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarla şikayət ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Daha sonra Respublikanın birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezident Aparatına dəfələrlə müraciət olunmuş və hal hazırda da yeni müraciətlər edilir. Artıq iş üzrə cinayət əməllərinin açıq aşkar olmasına baxmayaraq cinayət işi üzrə araşdırmanın heç bir orqan tərəfindən aparılmayacağı qənaətinə gəldikdən sonra işin məhkəmə qaydasında həlli üçün idda ərizəsi qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ünvan 2 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin İddiaçı qaytarılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, bu mümkün olmadıqda iddiaçının həmin ünvandakı mənzlilin bazar qiyməti 150 min manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasınını yeri və vaxtı barədə Cavabdeh1nə məlumat verilsə də nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayədəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, Cavabdeh1 MMC ünvan 3 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzili (payçıya) İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 39500 manat məbləğində proqnozlaşdırılır. İş materiallarında olan maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC-nin ləğv edilməsi və hüquq varisliyi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan kommersiya qurumların dövlət reyestri məlumatların verilməsi barədə elektron çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı, ev 3 ünvanıdır və xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materialllarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilir ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən mövcud vəziyyətdə binaların 15 girişinə istismara hazır olması barədə 25 dekabr 2019-cu il tarixli 0284 nömrəli rəy vermişdir. Hal-hazırda blok 11 və 12-də tikinti işləri davam edir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzareət Müfəttişliynin 3333 saylı icazəsinə əsasən Yasamal rayonu Talıblı küçəsində kooperativ yaşayış binalarının tikintisini, torpaq işləri aparılan vəziyyətdə qeyiyyatdan keçirilməsi və tikinti işlərinini davam etdirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. İcazənin etibarlılıq müddəti xx.xx.2005-ci il tarixinədək müəyyən edilmişdir. 17 aprel 2007-ci il tarixli birgə təsərrüfat haqqında müqaviləyə əsasən "xxxx" MMC və Cavabdeh1 MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İ Tərəf özünə məxsus, Bakı şəhər İH-nin başçısının 12.10. 2004-ci il tarixli, 237 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsindən "xxxx" MMC-yə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsini bu müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün İİ Tərəfə həvalə etmiş, İİ Tərəf öz növbəsində ona təqdim olunmuş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 MMC ünvan 3 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzili (payçıya) İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, İddiaçı isə mənzilin dəyəri 39500 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi iddiaçı öz öhdəliyini icra etmiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, ünvan 3 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzili iddiaçıya təhvil verilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir kimi, Cavabdeh1 MMC-nin ünvan 6 ünvanda inşa edilən binada mənzilləri öz adından səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi əhəmiyyətsiz əqdir və heç bir hüquqi nəticə doğurmur. Yəni mübahisəsi gedən tikinti ilə əlaqədar alqı-satqı müqaviləsi bağlamaq "xxxx" MMC-ə məxsus olduğundan tikintiyə mülkiyyət hüququ olmayan Cavabdeh1 MMC-nin bağladığı müqavilənin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamamsından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə məhkəmə hesab edir ki, Olimpus-Az” MMC-nin ünvan 6 ünvanda inşa edilən binada mənzilləri öz adından satmaq səlahiyyəti olmadığından İddiaçı ilə bağlamış olduğu xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi etibarsız müqavilə olduğundan Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilməlidir. Bununla bağlı iddia tələbi qismən təmin edilməli, iddiaçının ünvan 2 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı, 1228 saylı mənzilə görə ödəmiş olduğu 39.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5456/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5456/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver