Məhkəmə qərarları › İş №e-2(004)-5463/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5463/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5463/2024 18.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İsmayılova (Əliyeva) Aytən Rafiq qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh İsmayılova (Əliyeva) Aytən Rafiq qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********60119 olan SAMSUNG GALAXY Z FLİP 3 markalı telefon üçün, 2.250,98 (iki min iki yüz əlli manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 225,02 (iki yüz iyirmi beş manat iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds 4 qulaqlıq üçün, 116,04 (yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 11,96 (on bir manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN TOSHİBA üçün, 145,75 (yüz qırx beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 14,25 (on dörd manat iyirmi beş qəpik) manat cərimə, ümumilikdə 2.764 (iki min yeddi yüz altmış dörd) manat borc, 47,64 (qırx yeddi altmış dörd) manat ödənilmiş dövlət rüsumu cavabdeh İsmayılova (Əliyeva) Aytən Rafiq qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********60119 olan SAMSUNG GALAXY Z FLİP 3 markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 3.736,98 (üç min yeddi yüz otuz altı manat doxsan səkkiz qəpik) manat (18 ay x 207,61 manat + ilkin ödənişsiz) ümumilikdə 2.476 (iki min dörd yüz yetmiş altı) manat olmaqla ondan, 2.250,98 (iki min iki yüz əlli manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 225,02 (iki yüz iyirmi beş manat iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 374,04 (üç yüz yetmiş dörd manat dörd qəpik) manat (18 ay x 20,78 manat + ilkin ödənişsiz) Huawei Freebuds 4 qulaqlıq üçün ümumilikdə, 128 (yüz iyirmi səkkiz) manat olmaqla ondan, 116,04 (yüz on altı manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 11,96 (on bir manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 894,42 (səkkiz yüz doxsan dörd manat qırx iki qəpik) manat (18 ay x 49,69 manat + ilkin ödənişsiz) PALTARYUYAN TOSHİBA üçün ümumilikdə, 160 (yüz altmış) manat olmaqla ondan, 145,75 (yüz qırx beş manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14,25 (on dörd manat iyirmi beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.492,67 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, 04061440 saylı müqavilədən və əlavədən görünür ki, İsmayılova (Əliyeva) Aytən Rafiq qızı ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 374,04 manat təşkil edən Huawei Freebuds 4 qulaqlıq malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 03921839 nömrəli müqavilə üzrə Huawei Freebuds 4 qulaqlıq adlı mal tam qüsursuz halda İsmayılova (Əliyeva) Aytən Rafiq qızına təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, 03921839 saylı müqavilədən və əlavədən görünür ki, İsmayılova (Əliyeva) Aytən Rafiq qızı ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 3.736,94 manat təşkil edən Samsung Galaxy Z Flip 3 markalı telefon malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 03921839 nömrəli müqavilə üzrə Samsung Galaxy Z Flip 3 markalı telefon adlı mal tam qüsursuz halda İsmayılova (Əliyeva) Aytən Rafiq qızına təhvil verilmiş, o isə aktı imza etməklə malı qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, 03951927 saylı müqavilədən və əlavədən görünür ki, İsmayılova (Əliyeva) Aytən Rafiq qızı ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 894,44 manat təşkil edən PALTARYUYAN TOSHİBA malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 03951927 nömrəli müqavilə üzrə PALTARYUYAN TOSHİBA adlı mal tam qüsursuz halda İsmayılova (Əliyeva) Aytən Rafiq qızına təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İsmayılova (Əliyeva) Aytən Rafiq qızına borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İsmayılova (Əliyeva) Aytən Rafiq qızının xx.xx.2022-ci il tarixli, 03921839 saylı müqavilə üzrə ödənilməmiş borcu 2.476 manat, xx.xx.2022-ci il tarixli, 03921839 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 128 manat, xx.xx.2022-ci il tarixli, 03951927 saylı müqavilə üzrə ödənilməmiş borcu 160 manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 683,1 (2,07 manat x 330 gün) manat, 2-ci müqavilə üzrə 44,1 (0,49 manat x 90 gün), 3-cü müqavilə üzrə 36 (0,20 manat x 180 gün) manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 1-ci müqavilə üçün 225,02 manat, 2-ci müqavilə üçün 14,25 manat, 3-cü müqavilə üçün 11,96 manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 47,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-ci müqavilə üzrə 2.250,98 manat əsas borc, 225,02 manat cərimə borcu, 2-ci müqavilə üzrə 116,04 manat əsas borc, 11,96 cərimə borcu, 3-cü müqavilə üzrə 145,75 manat əsas borc, 14,25 manat cərimə borcu olmaqla, ümumilikdə 2.764 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 225,02 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 80 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 11,96 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 5 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 14,25 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 7 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İsmayılova (Əliyeva) Aytən Rafiq qızından xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 2.250,98 (iki min iki yüz əlli manat doxsan səkkiz qəpik) manat əsas borc, 80 (səksən) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 116,04 (yüz on altı manat dörd qəpik) manat manat əsas borc, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 145,75 (yüz qırx beş manat yetmiş beş qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə, borcu olmaqla, hər üç müqavilə üzrə cəmi 2604,77 (iki min altı yüz dörd manat yetmiş yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,04 (qırx altı manat dörd) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İsmayılova (Əliyeva) Aytən Rafiq qızından xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 2.250,98 (iki min iki yüz əlli manat doxsan səkkiz qəpik) manat əsas borc, 80 (səksən) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 116,04 (yüz on altı manat dörd qəpik) manat manat əsas borc, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 145,75 (yüz qırx beş manat yetmiş beş qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə, borcu olmaqla, hər üç müqavilə üzrə cəmi 2604,77 (iki min altı yüz dörd manat yetmiş yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,04 (qırx altı manat dörd) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar