Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5471/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə kiçik iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMMERGAS markalı kombi üçün 1591,08 manat ödənilməmiş hissə, 159,92 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********17401 olan Samsung Galaxy A52 markalı telefon və İMEİ kodu **********80489 olan BQ 2817 TANK QUATTRO POWER markalı telefon üçün 508,2 manat ödənilməmiş hissə, 50,8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********69981 olan BLACKVİEW BV5500 PLUS 3 markalı telefon üçün 283 manat ödənilməmiş hissə, 28 manat cərimə olmaqla, ümumilikdə 2621 manat borcun və 46,21 manat dövlət rüsumunun olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMMERGAS markalı kombi, İMEİ kodu **********17401 olan SAMSUNG GALAXY A52 markalı telefon, İMEİ kodu **********17401 olan BQ-2817 TANK QUATTRO POWER markalı telefon, İMEİ kodu **********69981 olan BLACKVİEW BV5500 PLUS 3 markalı telefon almış və nəticədə 2621 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1591,08 manat (yəni 12 ay x 132,596 manat + 0 manat ilkin ödəniş), İMMERGAS markalı kombi üçün ümumilikdə, 1751 (min yeddi yüz əlli bir) manat olmaqla, ondan 1591,08 (min beş yüz doxsan bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 159,92 (yüz əlli doqquz manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1103,2 (min yüz üç manat iyirmi qəpik) manat (12 ay x 63,6 manat + 340 manat ilkin ödəniş) İMEİ kodu **********17401 olan Samsung Galaxy A52 markalı telefon, İMEİ kodu **********80489 olan BQ-2817 TANK QUATTRO POWER markalı telefon üçün ümumilikdə, 559 (beş yüz əlli doqquz ) manat olmaqla ondan, 508,2 (beş yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,8 (əlli manat səksən qəpik ) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 392,4 (üç yüz doxsan iki manat qırx qəpik) manat (18 ay x 21,8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********69981 olan BLACKVİEW PLUS 3 markalı telefon üçün ümumilikdə, 311 (üç yüz on bir) manat olmaqla ondan 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 704,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığım və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci iı və xx.xx.2021-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1591.08 manat təşkil edən İMMERGAS markalı kombinin, xx.xx.2021-cİ il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1103.2 manat təşkil edən İMEİ kodu **********17401 olan SAMSUNG GALAXY A52 markalı telefonun, İMEİ kodu **********17401 olan BQ-2817 TANK QUATTRO POWER markalı telefonun və xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 392.4 manat təşkil edən İMEİ kodu **********69981 olan BLACKVİEW PLUS 3 markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 03254116 nömrəli, xx.xx.2021-ci il tarixli 23205038 nömrəli və xx.xx.2021-ci il tarixli 23146496 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2021-ci il tarixli, 03254116 nömrəli müqavilə üzrə 159.92 manat; xx.xx.2021-ci il tarixli, 23205038 nömrəli müqavilə üzrə 50.8 manat və xx.xx.2021-ci il tarixli 23146496 nömrəli müqavilə üzrə 28 manat təşkil edir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 03254116 nömrəli alqı-satqı müqaviləsi üzrə İMMERGAS markalı kombi tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23205038 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********17401 olan SAMSUNG GALAXY A52 markalı telefon və İMEİ kodu **********17401 olan BQ-2817 TANK QUATTRO POWER markalı telefon qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23146496 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********69981 olan BLACKVİEW PLUS 3 markalı telefon qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə iddiaçıya 1591.08 manat əsas borc, 159.92 manat cərimə borcu, cəmi 1751 manat; xx.xx.2021-ci il tarixli, 23205038 nömrəli müqavilə üzrə iddiaçıya 508.2 manat əsas borc, 50.8 manat cərimə borcu, cəmi 559 manat; xx.xx.2021-ci il tarixli, 23146496 nömrəli müqavilə üzrə iddiaçıya 283 manat əsas borc, 28 manat cərimə borcu, cəmi 311 manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2621 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə hesablanmış cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 80 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 25 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 46,21 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə əsasında əsas borc üzrə 1591.08 manat, cərimə borcu üzrə 80 manat; xx.xx.2021-ci il tarixli, 23205038 nömrəli müqavilə əsasında əsas borc üzrə 508.2 manat, cərimə borcu üzrə 25 manat; xx.xx.2021-ci il tarixli 23146496 nömrəli müqavilə əsasında əsas borc üzrə 283 manat, cərimə borcu üzrə 10 manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2497.28 manat borc və dövlət rüsumu kimi ödənilmiş 46.21 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən əsas borc üzrə 1591.08 (bir min beş yüz doxsan bir manat səkkiz qəpik) manat, cərimə borcu üzrə 80 (səksən) manat; xx.xx.2021-ci il tarixli, 23205038 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 508.2 (beş yüz səkkiz manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 25 (iyirmi beş) manat; xx.xx.2021-ci il tarixli 23146496 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 283 (iki yüz səksən üç) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2497.28 (iki min dörd yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,21 (qırx altı manat iyirmi bir qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5471/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5471/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver