Məhkəmə qərarları › İş №e-2(004)-5475/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5475/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5475/2024 21.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********27506 Samsung Galaxy S22 markalı telefon, Samsung charger üçün , 1752.12 (bir min yeddi yüz əlli iki manat on iki qəpik) manat ödənilməmiş hissə, 175.88 (yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Samsung Tv üçün 774.89 (yeddi yüz yetmiş dörd manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 77.11 (yetmiş yeddi manat on bir qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********80147 Samsung Galaxy A34 markalı telefon, Samsung charger üçün 474.73 (dörd yüz yetmiş dörd manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 47.27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Apple Airpods 2 qulaqlıq üçün 114.25 (yüz on dörd manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11.75 (on bir manat yetmiş beş qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, masajor ayaq üçün spabeurer üçün 22.81 (iyirmi iki manat sıksən bir qəpik) manat ödənilməmiş hissə, 2.19 (iki manat on doqquz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Apple adapter üçün 11.57 (on bir manat əlli yeddi) manat ödənilməmiş hissə, 1.43 (bir manat qırx üç qəpik) manat cərimə, ümumilikdə 3466 manat borc və 54.66 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********27506 Samsung Galaxy S22 markalı telefon, Samsung chargers, Samsung Tv, İmei kod **********80147 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger, Apple Airpods 2 qulaqlıq, masajor ayaq üçün spabeurer, Apple adapter almış və nəticədə 3466 (üç min dörd yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1932.12 (bir min doqquz yüz otuz iki manat on iki qəpik) manat (18 ay x 97.34 manat + 180 manat ilkin ödəniş) olan İmei kod **********27506 Samsung Galaxy S22 markalı telefon, Samsung charger üçün 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat olmaqla ondan, 1752.12 (bir min yeddi yüz əlli iki manat on iki qəpik) manat ödənilməmiş hissə, 175.88 (yüz yetmiş beş manat səksən səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1208.34 (bir min iki yüz səkkiz manat otuz dörd qəpik) manat (18 ay x 67.13 manat + 0 manat ilkin ödəniş) olan Samsung Tv üçün 852 (səkkiz yüz əlli iki) manat olmaqla ondan 774.89 (yeddi yüz yetmiş dörd manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 77.11 (yetmiş yeddi manat on bir qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 978.96 (doqquz yüz yetmiş səkkiz manat doxsan altı qəpik) (12 ay x 81.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********80147 Samsung Galaxy A34 markalı telefon, Samsung Charger üçün 522 (beş yüz iyirmi iki) manat olmaqla ondan 474.73 (dörd yüz yetmiş dörd manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 47.27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374.04 (üç yüz yetmiş dörd manat dörd qəpik) manat (12 ay x 31.17 manat + 0 manat ilkin ödəniş) olan Apple Airpods 2 qulaqlıq üçün 126 (yüz iyirmi altı) manat olmaqla ondan 114.25 (yüz on dörd manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11.75 (on bir manat yetmiş beş qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 141.24 (yüz qırx bir manat iyirmi dörd qəpik) manat (12 ay x 11.77 manat + 0 manat ilkin ödəniş) olan masajor ayaq üçün Spabeurer üçün 25 (iyirmi beş) manat olmaqla ondan 22.81 (iyirmi iki manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 2.19 (iki manat on doqquz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 63.96 (altmış üç manat doxsan altı qəpik) manat (12 ay x 5.33 manat + 0 manat ilkin ödəniş) olan Apple adapter üçün 13 (on üç ) manat olmaqla ondan 11.57 (on bir manat əlli yeddi) manat ödənilməmiş hissə, 1.43 (bir manat qırx üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1548.29 manat təşkil edir. İddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı və cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09532773 saylı alğı-satqı müqaviləsinə əsasən masajor ayaq üçün spa beurer iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır.

5. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

6. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 09532773 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

7. xx.xx.2023-cü il tarixli, 09532773 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 11.77 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

8. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 14.12 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

9. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09462044 saylı alğı-satqı müqaviləsinə əsasən Apple markalı adapter nisyə satılmışdır.

10. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 09462044 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

12. xx.xx.2023-cü il tarixli, 09462044 saylı saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 5.33 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

13. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 6.4 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

14. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09442292 saylı alğı-satqı müqaviləsinə əsasən Apple Airpods 2 markalı qulaqlıq nisyə satılmışdır.

15. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

16. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 09442292 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

17. xx.xx.2023-cü il tarixli, 09442292 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 31,17 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

18. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 37.4 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

19. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02996420 saylı alğı-satqı müqaviləsinə əsasən Samsung markalı telefon nisyə satılmışdır.

20. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

21. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 02996420 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

22. xx.xx.2023-cü il tarixli, 02996420 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 67,13 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

23. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 120.83 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

24. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02646495 saylı alğı-satqı müqaviləsinə əsasən Samsung Galaxy A34 markalı telefon və Samsung charger nisyə satılmışdır.

25. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

26. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 02646495 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

27. xx.xx.2023-cü il tarixli, 02646495 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən ilkin ödəniş olmadan alınan əşyanın dəyərinin hər ay 81,58 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

28. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 97.89 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

29. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03675858 saylı alğı-satqı müqaviləsinə əsasən Samsung Galaxy S22 markalı telefon və Samsung charger nisyə satılmışdır.

30. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

31. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 03675858 nömrəli müqavilə üzrə məhsul iddiaçı tərəfindən cavabdehə tam qüsursuz halda təhvil verilmişdir.

32. xx.xx.2023-cü il tarixli, 03675858 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən cavabdeh tərəfindən 180 manat ilkin ödəniş olmaqla alınan əşyanın dəyərinin hər ay 97,34 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur.

33. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 193.21 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

34. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

35. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 22,81 manat ödənilməmiş əsas borcu, 2,19 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 11,57 manat ödənilməmiş əsas borc, 1,43 manat cərimə, xx.xx.2023-cü il tarixli alğısatqı müqaviləsi üzrə 114,25 manat ödənilməmiş əsas borcu, 11,75 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 774,89 manat ödənilməmiş əsas borc, 77,11 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 474,73 manat ödənilməmiş əsas borc, 47,27 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1752,12 manat ödənilməmiş əsas borc, 175,88 manat cərimə olmaqla, cəmi 3150,37 manat əsas borc, 315,63 manat cərimə, ümumilikdə isə 3466 manat borcu vardır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

39. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

41. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

42. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

43. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

44. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya ümumilikdə 3150,37 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

45. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2,19 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1,43 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 11,75 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 77,11 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 47,27 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 175,88 manat cərimə, ümumilikdə 315,63 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

48. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 221 manat müəyyən edilməlidir.

50. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilələri üzrə 3150,37 manat əsas, 221 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 54.66 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 3150,37 manat əsas, 221 manat cərimə borcu, ödənilmiş 54.66 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3426,03 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar