Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5483/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********50477 Honor X8C, X2 2 il xidməti, X1 X7 qulaqlıq, İmei kod **********75133 Honor X8C, X2 2 il xidməti almış və nəticədə 1356,20 (bir min üç yüz əlli altı manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50477 Honor X8C, X2 2 il xidməti, X1 X7 qulaqlıq üçün 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 57,80 (əlli yeddi manat səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 659,40 (altı yüz əlli doqquz manat qırx qəpik) manat, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********75133 Honor X8C, X2 2 il xidməti üçün 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat iyirmi qəpik) manat rüsum, 61,20 (altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 696,80 (altı yüz doxsan altı manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 34 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 57,80 (əlli yeddi manat səksən qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 61,20 (altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1356,20 (bir min üç yüz əlli altı manat iyirmi qəpik) manat borc və 33,57 (otuz üç manat əlli yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr bağlamaqla İmei kod **********50477 Honor X8C, X2 2 il xidməti, X1 X7 qulaqlıq, İmei kod **********75133 Honor X8C, X2 2 il xidmətini İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 57,80 (əlli yeddi manat səksən qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 61,20 (altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1356,20 (bir min üç yüz əlli altı manat iyirmi qəpik) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********50477 Honor X8C, X2 2 il xidməti, X1 X7 qulaqlıq, İmei kod **********75133 Honor X8C, X2 2 il xidməti almış və nəticədə 1356,20 (bir min üç yüz əlli altı manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50477 Honor X8C, X2 2 il xidməti, X1 X7 qulaqlıq üçün 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 57,80 (əlli yeddi manat səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 659,40 (altı yüz əlli doqquz manat qırx qəpik) manat, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********75133 Honor X8C, X2 2 il xidməti üçün 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat iyirmi qəpik) manat rüsum, 61,20 (altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 696,80 (altı yüz doxsan altı manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 34 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 33,57 (otuz üç manat əlli yeddi qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 57,80 (əlli yeddi manat səksən qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 61,20 (altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1356,20 (bir min üç yüz əlli altı manat iyirmi qəpik) manat borc və 33,57 (otuz üç manat əlli yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 57,80 (əlli yeddi manat səksən qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 61,20 (altmış bir manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1356,20 (bir min üç yüz əlli altı manat iyirmi qəpik) manat borc və 33,57 (otuz üç manat əlli yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5483/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5483/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver