Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5531/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyuducu Samsung, Paltaryuyan LG, Bosch Kombi, Meta Seksiya LG LED TV, İMEİ kodu **********9936 Samsung Galaxy A51 markalı telefon üçün 3267 manat ödənilməmiş hissə, 326 manat cərimə, 6.5 Segway Smart üçün 465,2 manat ödənilməmiş hissə, 46,8 manat cərimə, İMEİ kodu **********09882 BQ-7098G markalı telefon üçün 175 manat ödənilməmiş hissə, 17 manat cərimə, İMEİ kodu **********28775 Samsung Galaxy A10 markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə, İMEİ kodu **********68917 Hoffman X Prime markalı telefon üçün 108 manat ödənilməmiş hissə, 10 manat cərimə, İMEİ kodu **********82814 Samsung Galaxy J2 Core markalı telefon üçün 89 manat ödənilməmiş hissə, 8 manat cərimə, saçqırxan Philips üçün 60 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 4721 manat borc və 67,21 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 00384001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********82814 Samsung Galaxy J2 Core markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, 00384001 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 24 ay müddətinə, hər ay 15 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 360 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01168061 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC saçqırxan Philipsi cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə 01168061 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə, hər ay 7,5 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 90 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00942519 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********28775 Samsung Galaxy A10 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 00942519 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə, hər ay 26 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 315 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00906447 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********68917 Hoffman X Prime markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə 00906447 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 18 ay müddətinə, hər ay 12 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 216 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20096512 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC İMEİ kodu **********09882 BQ-7098G markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 20096512 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 18 ay müddətinə, hər ay 12,5 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 225 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20373078 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC 6.5 Segway Smart məhsulunu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 20373078 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 18 ay müddətinə, hər ay 27,4 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 493,2 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20248060 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC soyuducu Samsung, Paltaryuyan LG, Bosch Kombi, Meta Seksiya LG LED TV, İMEİ kodu **********9936 Samsung Galaxy A51 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 20248060 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə, hər ay 550 manat olmaqla, ümumlikdə ilkin ödəniş də daxil olmaqla 7075 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşyalar cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3267 manat əsas, 326 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 465,2 manat əsas, 46,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 175 manat əsas, 17 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 130 manat əsas, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas, 10 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 89 manat əsas, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat əsas, 6 manat cərimə olmaqla, ümumilikdə 4721 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3267 manat əsas, 326 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 465,2 manat əsas, 46,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 175 manat əsas, 17 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 130 manat əsas, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas, 10 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 89 manat əsas, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat əsas, 6 manat cərimə olmaqla, ümumilikdə 4721 manat borc və 67,21 manat dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3267 manat əsas, 326 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 465,2 manat əsas, 46,8 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 175 manat əsas, 17 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 130 manat əsas, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 108 manat əsas, 10 manat cərimə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 89 manat əsas, 8 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat əsas, 6 manat cərimə olmaqla, ümumilikdə 4721 manat borc və 67,21 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5531/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5531/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver