Məhkəmə qərarları › İş №e-2(004)-559/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-559/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-559/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 182.6 manat əsas, 27.3 manat cərimə, cəmi 209.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 531.9 manat əsas, 79.7 manat cərimə, cəmi 611.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 394.9 manat əsas, 59.2 manat cərimə, cəmi 454.1 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 441.2 manat əsas, 66.1 manat cərimə, cəmi 507.3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 1648.3 manat əsas, 247.2 manat cərimə, cəmi 1895.5 manat, ümumilikdə beş müqavilə üzrə 3198.9 manat əsas, 479.5 manat cərimə, cəmi 3678.4 manat borcun və 56.78 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı Əlavədən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən “Hi-Fi” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 663.6 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 182.6 manat əsas, 273 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı Əlavədən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən aldığı “Apple” markalı saata görə 18 ay ödəniş cədvəli üzrə hər ay 77 manat olmaqla cəmi 1378.9 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 531.9 manat əsas, 797 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı Əlavədən müəyyən olunur ki Cavabdeh "xxxx" MMC-dən aldığı “Hİ-Fi” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 598.9 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 394.9 manat əsas, 592 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən və ona 1 saylı Əlavədən müəyyən olunur ki Cavabdeh "xxxx" MMC-dən aldığı “Apple” markalı saata görə 18 ay ödəniş cədvəli üzrə hər ay 76 manat olmaqla cəmi 1353.4 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 441.2 manat əsas, 661 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən müəyyən olunur ki Cavabdeh "xxxx" MMC-dən aldığı “Apple” markalı saat, ”Hi-Fi”markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 111 manat olmaqla cəmi 1982.19 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1648.3 manat əsas, 2472 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, müqavilələr üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 56.78 (əlli altı manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli 010799732saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 182.6 manat əsas, 15 manat cərimə, cəmi 197.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 531.9 manat əsas, 38 manat cərimə, cəmi 569.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 394.9 manat əsas, 28 manat cərimə, cəmi 422.9 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 441.2 manat əsas, 31 manat cərimə, cəmi 472.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 1648.3 manat əsas, 116 manat cərimə, cəmi 1764.3 manat, ümumilikdə beş müqavilə üzrə 3198.9 manat əsas, 228 manat cərimə, cəmi 3678.4 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarı azaldılaraq xx.xx.2021-ci il tarixli ********* nisyə alğı-satğı müqaviləsi üzrə 12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 27 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 30 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nisyə alğı-satğı müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə üzrə 182.6 manat əsas, 12 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə, 531.9 manat əsas, 37 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 394.9 manat əsas, 27 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 441.2 manat əsas, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə, 1648.3 manat əsas, 100 manat cərimə olmaqla, ümumilikdə beş müqavilə üzrə cəmi 3404.9 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 56.78 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 182.6 manat əsas, 12 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 531.9 manat əsas, 37 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 394.9 manat əsas, 27 manat cərimə və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 441.2 manat əsas, 30 manat cərimə, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 1648.3 manat əsas, 100 manat cərimə olmaqla, cəmi 3404.9 (üç min dörd yüz dörd manat doxsan qəpik) manat borcun və 56.78 (əlli altı manat yetmiş səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar