Məhkəmə qərarları › İş №e-2(004)-560/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-560/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-560/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 Hüquqi Şəxsi və Bakı şəhəri 19 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənzilin sahibliyə verilməsi" tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 Hüquqi Şəxsi və Bakı şəhəri 19 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənzilin sahibliyə verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə eidlmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Həmçinin məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu İddiaçı3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 114, 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 Hüquqi Şəxsi və Bakı şəhəri 19 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə) "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənzilin sahibliyə verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2022 il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsümu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı3 qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar