Məhkəmə qərarları › İş №e-2(004)-5637/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5637/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5637/2022 28.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5637/2022 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Baki şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5637/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah olunmuşdur ki, o, hazırkı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı "xxxx" ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5637/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5637/2022 saylı qərardadı əsaslı şəkildə qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur, iddiaçının şikayəti əsassız olduğu üçün təmin edilməməli və şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməklə baxılması üçün mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı hüquqi şəxsdir, cavabdeh isə şəxsi maşınların sürücü ilə icarəsi ilə bağlı vergi ödəyicisidir. Avtomobilin mülkiyyətçisi deyildir. Hazırkı tələb isə baş vermiş yolnəqliyyat hadisəsi zamanı dəymiş zərərlə bağlı subroqasiya qaydasında pul tələbidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 269-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(004)-5637/2022 saylı qərardadından verilmiş şikayət təmin edilməsin. Şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar