Məhkəmə qərarları › İş №e-2(004)-5649/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5649/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5649/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 257,9(iki yüz ılli yeddi manat doxsan qəpik) manat əsas, 38,6 (otuz səkkiz manat altmış qəpik)manat cərimə, cəmi 296,5(iki yüz doxsan altı manat əli qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 21,9(iyirmi bir manat doxsan qəpik) manat əsas, 3,2(üç manat iyirmi qəpik) manat cərimə, cəmi 25,1(iyirmi beş manat on qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 418,9(dörd yüz on səkkiz doxsan qəpik) manat əsas, 62,8(altmış iki manat səksən qəpik) manat cərimə, cəmi 481,7(dörd yüz səksən bir manat yetmiş qəpik) manat, üç müqavilə üzrə 698,7(altı yüz doxsan səkkiz manat yetmiş qəpik) manat əsas, 104,6(yüz dörd manat manat altmış qəpik) manat cərimə, cəmi 803,3(səkkiz yüz üç manat otuz qəpik) manat borcun və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədov X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG A125”markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 389,9(üç yüz səksən doqquz doxsan qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı yazı masasına görə 6 ay ödəniş cədvəli üzrə hər ay 11 manat olmaqla cəmi 65,9(altmış beş manat doxsan qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A125” markalı mobil telefona,“XİAOMİ” markalı elektron qol saatına və 2(iki) ədəd telefon üçün aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 584,6(beş yüz səksən dörd manat altmış qəpik) manat, ümumilikdə üç müqavilə üzrə 1040,4(min qırx manat qırx qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 24 manat və xx.xx.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 10 manat ödəniş etmiş və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 10 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 698,7(altı yüz doxsan səkkiz manat yetmış qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu 1046(min qırx altı manat) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 1046 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 104,6 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 257,9(iki əlli yeddi manat doxsan qəpik) manat əsas, 38,6(otuz səkkiz manat altmış qəpik) manat cərimə, cəmi 296,5(iki yüz doxsan altı manat əlli qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 21,9(iyirmi bir manat doxsan qəpik) manat əsas, 3,2(üç manat iyirmi qəpik) manat cərimə, cəmi 25,1(iyirmi beş manat on qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 418,9(dörd yüz on səkkiz manat doxsan qəpik) manat əsas, 62,8(altmış iki manat səksən qəpik) manat cərimə, cəmi 481,7(dörd yüz səksən bir manat yetmiş qəpik) manat, üç müqavilə üzrə 698,7(altl yüz doxsan səkkiz manat yetmiş qəpik) manat əsas, 104,6(yüz dörd manat altmış qəpik) manat cərimə, cəmi 803,3(səkkiz yüz üç manat otuz qəpik) manat təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən“SAMSUNG A125” markalı mobil telefon almış və hər ay 33(otuz üç) manat, olmaqla 12 ay ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən yazı masası almış və hər ay 11(on bir) manat olmaqla 6 ay ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı saylı müddətli (Nisyə) alqısatqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən» “SAMSUNG A125” markalı mobil telefon,“XİAOMİ” markalı elektron qol saatı və 2(iki) ədəd telefon üçün aksesuar almış və hər ay 33(otuz üç) manat olmaqla 18 ay ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 21,9(iyirmi bir manat doxsan qəpik) manat əsas, 32(otuz iki) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 257,9(iki yüz ılli yeddi manat doxsan qəpik) manat əsas, 386 (üç yüz səksən altı)manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 418,9(dörd yüz on səkkiz doxsan qəpik) manat əsas, 628(altı yüz iyirmi səkkiz) manat cərimə hesablanmışdır. İş materiallarında olan «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, müqavilələr üzrə yaranmış borcu qısa zaman ərzində ödəməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, «İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 257,9(iki yüz ılli yeddi manat doxsan qəpik) manat əsas, 38,6 (otuz səkkiz manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 21,9(iyirmi bir manat doxsan qəpik) manat əsas, 3,2(üç manat iyirmi qəpik) manat cərimə, , xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 418,9(dörd yüz on səkkiz doxsan qəpik) manat əsas, 62,8(altmış iki manat səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə 803,3(səkkiz yüz üç manat otuz qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı qeyd edir ki, müqavilələr üzrə hesablanmış cərimələr tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 25 (iyirmi beş) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 02(iki) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 40 (qırx) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 257,9 (iki yüz əlli yeddi manat doxsan qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 21,9 (iyirmi bir manat doxsan qəpik) manat əsas, 02 (iki) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 418,9 (dörd yüz on səkkiz doxsan qəpik) manat əsas, 40 (qırx) manat cərimə olmaqla, cəmi 765,7 (yeddi yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 257,9 (iki yüz əlli yeddi manat doxsan qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 21,9 (iyirmi bir manat doxsan qəpik) manat əsas borc, 02 (iki) manat cərimə,xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 418,9 (dörd yüz on səkkiz doxsan qəpik) manat əsas, 41(qırx) manat cərimə olmaqla, cəmi 765,7 (yeddi yüz altmış beş manat yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar