Məhkəmə qərarları › İş №e-2(004)-5651/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5651/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5651/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 449,9 manat əsas, 67,4 manat cərimə, cəmi 517,3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 103,5 manat əsas, 15,5 manat cərimə, cəmi 119 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 78,2 manat əsas, 11,7 manat cərimə, cəmi 89,9 manat, üç müqavilə üzrə 631,6 manat əsas, 94,6 manat cərimə olmaqla, cəmi 726,2 manat borcun və 31,96 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung ” markalı mobil telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla, cəmi 539,9 manat, ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Xiaomi Redmi” markalı mobil telefon və “Xiaomi” markalı qulaqcıq üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla, cəmi 428 manat, ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Nokia” markalı mobil telefon və “Haylou Solar” markalı elektron qol saatı üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla, cəmi 246,2 manat ümumilikdə üç müqavilə üzrə 1214,1 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 36,5 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 21 manat və üç müqavilə üzrə qalıq borcu qalmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 449,9 manat əsas, 674 manat cərimə, cəmi 1123,90 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 103,5 manat əsas, 155 manat cərimə, cəmi 258,5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 78,2 manat əsas, 117 manat cərimə, cəmi 195,2 manat borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 449,9 manat əsas, 67,4 manat cərimə, cəmi 517,3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 103,5 manat əsas, 15,5 manat cərimə, cəmi 119 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 78,2 manat əsas, 11,7 manat cərimə, cəmi 89,9 manat, üç müqavilə üzrə 631,6 manat əsas, 94,6 manat cərimə olmaqla, cəmi 726,2 manat məbləğində borc pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 449,9 (dörd yüz qırx doqquz manat doxsan qəpik) manat əsas, 67,4 (altmış yeddi manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 103,5 (yüz üç manat əlli qəpik) manat əsas, 15,5 (on beş manat əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 78,2 (yetmiş səkkiz manat iyirmi qəpik) manat əsas, 11,7 (on bir manat, yetmiş qəpik) manat cərimə, cəmi 89,9 (səksən doqquz manat doxsan qəpik) manat, cəmi 726,2 (yedi yüz iyirmi altı manat iyirmi qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar