Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5652/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli 010830901saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 334 manat əsas, 50.1 manat cərimə, cəmi 384.1 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 129 manat əsas, 19.3 manat cərimə, cəmi 148.3 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 188.7 manat əsas, 28.3 manat cərimə, cəmi 217 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 429.5 manat əsas, 64.4 manat cərimə, cəmi 493.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 467.4 manat əsas, 70.1 manat cərimə, cəmi 537.5 manat, ümumilikdə beş müqavilə üzrə 1548.6 manat əsas, 232.2 manat cərimə, cəmi 1780.8 manat borcun və 37.81 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone” markalı 3 ədəd telefon,“Apple” markalı Şarj alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 115 manat olmaqla cəmi 1369 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən,aldığı “Samsung” markalı paltar yuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 849 manat, xx.xx.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı paltar yuyan,“İphone” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 860.7 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu,aldığı “Xioami” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 55 manat olmaqla cəmi 649.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalımobil telefon, “Alcatel” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 68 manat olmaqla cəmi 809.4 manat, ümumilikdə beş müqavilə üzrə 4539 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 115 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 4 manat, xx.xx.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 3.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 55 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 68 manat ödəniş etmiş və beş müqavilə üzrə cəmi qalıq qalmış 1548.6 manat borcu qaytarmamışdır. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1, 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 334 (üç yüz otuz dörd) manat əsas, 50 (əlli) manat 10 (on) qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 129 (bir yüz iyirmi doqquz) manat əsas, 19 (on doqquz) manat 30 (otuz) qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 188 (bir yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik əsas, 28 (iyirmi səkkiz) manat 30 (otuz) qəpik cərimə borcu; xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 429 (dörd yüz iyirmi doqquz) manat 50 (əlli) qəpik əsas, 64 (altmış dörd) manat 40 (qırx) qəpik cərimə borcu; xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 467 (dörd yüz altmış yeddi) manat 40 (qırx) qəpik əsas, 70 (yetmiş) manat 10 (on) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1780 (bir min yeddi yüz səksən) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 37 (otuz yeddi) manat 81 (səksən bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 334 (üç yüz otuz dörd) manat əsas, 50 (əlli) manat 10 (on) qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 129 (bir yüz iyirmi doqquz) manat əsas, 19 (on doqquz) manat 30 (otuz) qəpik cərimə borcu; xx.xx.2020-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 188 (bir yüz səksən səkkiz) manat 70 (yetmiş) qəpik əsas, 28 (iyirmi səkkiz) manat 30 (otuz) qəpik cərimə borcu; xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 429 (dörd yüz iyirmi doqquz) manat 50 (əlli) qəpik əsas, 64 (altmış dörd) manat 40 (qırx) qəpik cərimə borcu; xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 467 (dörd yüz altmış yeddi) manat 40 (qırx) qəpik əsas, 70 (yetmiş) manat 10 (on) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1780 (bir min yeddi yüz səksən) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 37 (otuz yeddi) manat 81 (səksən bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-5652/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5652/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver