Məhkəmə qərarları › İş №e-2(004)-5698/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5698/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5698/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Hoffmann Siac kondisioner üçün, 390,73 (üç yüz doxsan manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 39,27 (otuz doqquz manat iyirmi yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Dispenser Hoffmann üçün, 219,98 (iki yüz on doqquz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 21,02 (iyirmi bir manat iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, JBL Tune qulaqlıq üçün, 142,53 (yüz qırx iki manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 14,47 (on dörd manat qırx yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Multibişirici Bosch üçün, 93,20 (doxsan üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,80 (doqquz manat səksən qəpik) manat cərimə, ümumilikdə 931 (doqquz yüz otuz bir) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Hoffmann Siac kondisioner almış və nəticədə alqı-satqı qiyməti 749,04 (yeddi yüz qırx doqquz manat dörd qəpik) manat (12 ay x 62,42 manat + ilkin ödənişsiz) ümumilikdə 430 (dörd yüz otuz) manat olmaqla ondan, 390,73 (üç yüz doxsan manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39,27 (otuz doqquz manat iyirmi yeddi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 345 (üç yüz qırx beş) manat (18 ay x 17,50 manat + 30 manat ilkin ödəniş) Dispenser Hoffmann üçün ümumilikdə, 241 (iki yüz qırx bir) manat olmaqla ondan, 219,98 (iki yüz on doqquz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21,02 (iyirmi bir manat iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 246,02 (iki yüz qırx altı manat iki qəpik) manat (18 ay x 12,39 manat + 23 manat ilkin ödəniş) JBL Tune qulaqlıq üçün ümumilikdə, 157 (yüz əlli yeddi) manat olmaqla ondan, 142,53 (yüz qırx iki manat əlli üç qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14,47 (on dörd manat qırx yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Multibişirici Bosch almış və nəticədə alqı-satqı qiyməti 379 (üç yüz yetmiş doqquz) manat (18 ay x 19,50 manat + 28 manat ilkin ödəniş) ümumilikdə 103 (yüz üç) manat olmaqla ondan, 93,20 (doxsan üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9,80 (doqquz manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 872,62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh X1 Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, 04083109 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 379 manat təşkil edən Bosch markalı multibişiricinin alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 04083109 nömrəli müqavilə üzrə Bosch markalı multibişirici tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, 09632075 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 345,06 manat təşkil edən Dispenser Hoffmann malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 09632075 nömrəli müqavilə üzrə Dispenser Hoffmann adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malı qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, 03855672 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 794,04 manat təşkil edən “Hoffmann Siac” markalı kondisionerin alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 03855672 nömrəli müqavilə üzrə “Hoffmann Siac” Telecom kondisioner tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, 09544095 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 246,02 manat təşkil edən JBL Tune qulaqlıq malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 09632075 nömrəli müqavilə üzrə JBL Tune qulaqlıq adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 03855672 saylı müqavilə üzrə ödənilməmiş borcu 390,73 manat, xx.xx.2023-cü il tarixli, 09632075 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 219,98 manat, xx.xx.2023-cü il tarixli, 09544095 saylı müqavilə üzrə ödənilməmiş borcu 142,53 manat, xx.xx.2022-ci il tarixli, 04083109 saylı müqavilə üzrə ödənilməmiş borcu 93,20 manat,təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 111,60 (0,62 manat x 180 gün) manat, 2-ci müqavilə üzrə 56,10 (0,17 manat x 330 gün), 3-cü müqavilə üzrə 28 (0,12 manat x 150 gün) manat, 4-cü müqavilə üzrə 22,80 (0,19 manat x 120 gün) manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 1-ci müqavilə üçün 39,27 manat, 2-ci müqavilə üçün 21,02 manat, 3-cü müqavilə üçün 14,47 manat, 4-cü müqavilə üçün 9,80 manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-ci müqavilə üzrə 390,73 manat əsas borc, 39,27 manat cərimə borcu, 2-ci müqavilə üzrə 219,98 manat əsas borc, 21,02 cərimə borcu, 3-cü müqavilə üzrə 142,53 manat əsas borc, 14,47 manat cərimə borcu, 4-cü müqavilə üzrə 93,20 manat əsas borc, 9,80 manat cərimə borcu olmaqla, ümumilikdə 931 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə hesablanmış cərimələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq cərimənin məbləğinin azaldılmasını, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 219,98 (iki yüz on doqquz manat doxsan səkkiz qəpik) manat manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 390,73 (üç yüz doxsan manat yetmiş üç qəpik) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 142,53 (yüz qırx iki manat əlli üç qəpik) manat əsas borc, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 93,30 (doxsan üç manat otuz qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, hər dörd müqavilə üzrə cəmi 876,44 (səkkiz yüz yetmiş altı manat qırx dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" MMCyə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 219,98 (iki yüz on doqquz manat doxsan səkkiz qəpik) manat manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 390,73 (üç yüz doxsan manat yetmiş üç qəpik) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 142,53 (yüz qırx iki manat əlli üç qəpik) manat əsas borc, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 93,30 (doxsan üç manat otuz qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, hər dörd müqavilə üzrə cəmi 876,44 (səkkiz yüz yetmiş altı manat qırx dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar