Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5699/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ödənilməmiş 750 manat məbləğdə pul vəsaitinin, eləcə də tərəfindən ödənilmiş 30 manat məbləğində dövət rüsumunun cavabdehdən iddiaçının xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında mövcud olan mülki hüquq münasibəti üzrə öz üzərinə düşən öhdəliyi icra etməməklə mülki qanunvericiliyin tələblərini pozmaqdadır ki, bu da sonda iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini şərtləndirmişdir. Aşağıda qeyd olunanlar Cavabdeh iddiaçı qarşısında pul öhdəliyi daşıdığını, bu öhdəliyini icra etməkdən yayındığını təsdiq edir. Məlumat üçün bildirir ki, o, İddiaçı komputer hissələrinin yığılması və daha sonra satışı ilə məşğul olur. Bu mənada bu ilin mart ayında həmişəki kimi tap.az saytında satış məqsədilə komputeri 1250 manat satış qiyməti müəyyənləşdirməklə elan yerləşdirmişdir. Daha sonra adının sonradan Cavabdeh olduğunu öyrəndiyi şəxs onunla əlaqə saxlayaraq komputeri almaq istədiyini bildirmişdir. Telefonda komputeri aparmağı üçün ünvanı “Vatsapp” tətbiqindən göndərəcəyini iddiaçıya dedikdən sonra həmin tətbiq üzərindən əlaqə saxlamışlar. İddiaçı cavabdehin göndərdiyi ünvana- Mətbuat prospektində yerləşən “Azərbaycan” Nəşriyyatının binasındakı işlədiyi yerə daxil olmuşdur. Həmin vaxt Cavabdeh ona kompüterin pulunu ödəyə bilməyəcəyini, yaxın günlərdə əlinə tezliklə pul gələcəyini və beləcə pulu ödəyəcəyini bildirmişdir. Bu vaxt o öhdəliyinin icrasının təminat üsulu kimi şəxsiyyət vəsiqəsini də ona vermiş, borcu tam qaytaracağı günə kimi onu saxlamağını istəmişdir. İddiaçı da onunla razılaşaraq kompüteri ona təhvil verərək həmin yeri tərk etmişdir. Lakin cavabdeh həmin tarixdən sonra razılaşdığı məbləği yaxın günlərdə ödəmək öhdəliyini tam icra etməmiş, artıq həmin tarixdən 8 aya yaxın müddət keçməsinə baxmayaraq məbləğin 750 manat hissəsi ödənməmiş qalmışdır. Cavabdehlə aralarındakı “Vatsapp” yazışmaları və ona borcu olduğunu etiraf etdiyi səs yazısı iddia tələbinin əsaslı olduğunu təsdiq etməkdədir. Aralarında olan “Vatsapp” yazışmalarından göründüyü kimi şəxs hissəvi formada ümumilikdə 500 manat məbləğdə ödənişi bu 8 ay ərzində həyata keçirə bilmiş, 750 manat isə ödənilməmişdir. Bununla bağlı daha əvvəl Yasamal Rayon Polis İdarəsinin 28ci Polis Bölməsinə müraciət etsəm də, polis əməkdaşları məsələnin mülki mübahisə olduğunu, məhkəmə qaydasında mübahisələndirilməsinin zəruri olduğunu bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, ona məxsus mobil nömrələrinə SMS bildiriş göndərilsə də, məhkəmə iclasının katibi vasitəsilə əlaqə saxlanılaraq məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarında olan cavabdehin “WhatsApp” (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) vasitəsilə iddiaçıya göndərdiyi mesajdan görünür ki, Cavabdeh İddiaçı 750 manat borcunun qaldığını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5699/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5699/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver