Məhkəmə qərarları › İş №e-2(004)-5714/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5714/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5714/2022 22.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin xeyrinə TKP000096 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 302 manat əsas, 45,3 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı QSC ilə X1 Əli (Vöen:**********) arasında imzalanan xx.xx.2021-ci il tarixli, R-915/21 saylı faktorinq müqaviləsinə əsasən “X1 Əli”-nin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, R-915/21 saylı faktorinq müqaviləsinə əlavə olunan R-9xx/xx-0018 saylı, xx.xx.2022-ci il tarixli Sazişdən görünür ki, fiziki şəxs “X1 Əli” İddiaçı QSC-yə Cavabdeh məxsus olan 364 manat məbləğində borc tələbini güzəşt etmişdir. İş materiallarında olan fiziki şəxs “X1 Əli” ilə Cavabdeh arasında bağlanmış TKP000096 saylı, xx.xx.2022-ci il tarixli-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən görünür ki, satıcı həmin müqaviləyə əlavə ilə müəyyən edilmiş malı alıcıya verməyi öz öhdəsinə götürmüş, alıcı isə onun əvəzində müqavilə ilə müəyyən edilmiş 364 manatı ödəniş cədvəlinə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan TKP000096 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh dəyəri 364 manat olan 1 ədəd Haida 175/70R13 adlı məhsula görə 364 manat məbləğində pulu hər ay 61 manat, sonuncu ay isə 59 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə nəzərdə tutulmuş malı qəbul etmişdir. İş materiallarında olan bildirişdən müəyyən olunur ki, fiziki şəxs “X1 Əli” Cavabdeh ilə aralarında bağlanmış TKP000096 saylı, xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsini cavabdehə bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı QSC tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh TKP000096 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 302 manat əsas, 45,3 manat cərimə olmaqla, ümumilikdə 347,3 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, TKP000096 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 302 manat əsas, 2,3 manat cərimə olmaqla, ümumilikdə 304,3 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 45,3 manat məbləğində cərimə əsas borca mütənasib olmadığından azaldılmalı və 2,3 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. TKP000096 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 302 manat əsas, 2,3 manat cərimə olmaqla, ümumilikdə 304,3 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar