Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5749/2025 23.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Heydər Əliyev 129 ünvanında, C blok, 12 nömrəli mənzilə dair kommunal xərclərinə görə sentyabr 2025-ci il tarixə borcu 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat xidmət haqqının, 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanan 02 Noyabr 2022-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Heydər Əliyev 129 ünvanında yerləşən C blok, 12 nömrəli mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsinicavabdeh öhdəsinə götürüb. Ümumi yığıncağın 01 Mart 2023-cü il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpikdən, 01 Dekabr 2024-cü il tarixli qərara əsasən 0,50 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0, 40 qəpik hesablamaqla hər ay 49.15 kv.m sahə üçün komunal xidmətlərə görə. 19 manat 66 qəpik haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3.-cü maddəsinə əsasən yaşayış sahəsi verildiyi andan cavabdehin kommunal xidmətlərə görə haqq ödəməsi vəzifəsi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2025-ci ilin sentyabr ayı da daxil olmaqla kommunal borcu 421,04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat təşkil edir. Bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən məbləğin müəyyən hissəsi ödənilmişdir. Onlar evi alanda ödənişi tam etmişdilər. Daha sonra ev üçün tikinti materialları almağa başladı. Həmin vaxt ev onlara təhvil verilməmişdi və tikinti işləri gedirdi, sayğaclar tam quraşdırılmamışdı. Materialları evə yığmağı istəmiş, ancaq ona sayğacın pulunu ödəməsini bildirmişdilər. O da ödəniş etmişdir. Daha ev təhvil verilmədiyi halda ona evin təhvil verilməsi barədə sənəd verilmiş və kommunal xərclər yazılmağa başlanmışdır. Təxminən 2023-cü ilin oktyabr ayından etibarən kommunal xərclər yazılmağa başlanıb. Onu da bildirir ki, binanın liftinə kommunal xərclərin 2024-cü ilin oktyabrından hesablanacağına dair məlumat vurulmuşdu. Cavabdeh 2023-cü ilin oktyabr ayıdan 2024-cü ilin oktyabr ayına qədər olan ödənişləri etməyə razı deyildir. Verilən suala cavab olaraq bildirmişdir ki, sonuncu məhkəmə prosesindən sonra da ödəniş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, mənzili 2022-ci ildə həyat yoldaşı ilə birlikdə nəğd qaydada almışlar. Onlardan sayğacla bağlı ödəniş də istənilmişdi və ödəmişdilər. Həmin vaxt bina istismara verilməmişdi. Bina istismara verildikdən sonra kommunal xərcləri ödəmişlər. Onlardan isə bina istismara verilməzdən əvvəlki dövrdən ödəniş tələb edilir. Verilən suala cavab olaraq bildirmişdir ki, hal-hazırda mənzilində yaşamır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, iş üzrə iddiaçının iştirakı olmadan məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" MMC ("İdarəedici təşkilat") ilə X3 ("sakin") arasında bağlanmış xx.xx.2022-ci il tarixli kommunal xidmətin göstərilməsinə dair müqaviləyə əsasən, “İdarəedici təşkilat” ünvan 2 ünvanında yerləşən Blok C binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir. Xidmət xərci aylıq 19.66 AZN təşkil edir, yaşayıb-yaşamamasından asılı olmayaraq aylıq kommunal ödənişi ödənilməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135, 136, 137, 138, 139, 140 maddələrinə əsasən kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir. 1.1-ci bənd zamana görə dəyişdirilə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, “Sakin” tərəfindən kommunal xidmətlərinin xərcləri ödənilmədiyi halda “Sakin”in kommunal təminatı “İdarəedici təşkilat” tərəfindən məhdudlaşdırıla bilər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən Blok C yaşayış binasındakı 12 №-li mənzilə görə borcu yoxdur. "xxxx" MMC tərəfindən verilmiş 0680 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən Blok C yaşayış binasındakı 12 №-li mənzilə görə 68.810 manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 40 (qırx) qəpik müəyyən edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında binada məskunlaşan hər bir mənzil mülkiyyətçisi ilə müvafiq qaydada müqavilə bağlamaq vəzifəsi binada idarəedici təşkilat kimi fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbərliyinə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 19 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən Blok C yaşayış binasındakı 12 №-li mənzilə görə 1500 manat məbləğində pul ödənilmişdir. Alıcı Cavabdeh və "xxxx" MMC-nin direktoru X4 və ofis meneceri Ülkər Əliyeva tərəfindən tərtib olunmuş 19 nömrəli xx.xx.2023-cü il tarixli mənzilin təhvil-təslim aktından görünür ki, "MMC" tərəfindən ünvan 2 ünvanında yerləşən Blok C yaşayış binasının 3-cü mərtəbəsindəki 12 №li 1 (bir) otaqlı mənzil 22 Sentyabr 2023-cü il tarixində "xxxx"-nın istifadəsinə verildi, "xxxx" isə mənzili təhvil aldı. Mənzilin kommunal xidmətlərə görə aylıq haqqı 19,66 manat təşkil edir, yaşayıb-yaşamamasından asılı olmayaraq aylıq kommunal ödənişi ödənilməlidir. Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasınnda kommunal xidmətlərinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 50 (əlli) qəpik müəyyən edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında binada məskunlaşan hər bir mənzil mülkiyyətçisi ilə müvafiq qaydada müqavilə bağlamaq vəzifəsi binada idarəedici təşkilat kimi fəaliyyət göstərən "xxxx"MMC-nin rəhbərliyinə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən X1 ünvanlanmış 09 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2023-cü ilin oktyabr ayından başlayaraq, 2025-ci ilin avqust ayına qədər 396,46 manat kommunal borcunun bildirişi aldıqdan 7 (yeddi) gün müddətində ödənilməsi, əks halda kommunal haqqının ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı və məhkəmə xərclərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 92 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə bağlanmış 02 noyabr 2022-cü il tarixli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Heydər Əliyev 129 ünvanında, C blok, 12 nömrəli mənzilə dair kommunal xidmətlərə görə xx.xx.2025-ci il tarixinə borcu 421,04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat təşkil edir. Cabandehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" MMC tərəfindən verilmiş 8043 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 100 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, qalan borc 371,88 manat təşkil etmişdir. 2023-cü ilin oktyabr, noyabr və dekabr, 2024-cü ilin yanvar və fevral ayları üzrə 19,66 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, 2024-cü ilin mart ayı üzrə 1,70 manat ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 15640 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 60 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, qalan borc 325,62 manat təşkil etmişdir. 2024-cü ilin iyun, iyul və avqust ayları üzrə 19,66 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, 2024-cü ilin sentyabr ayı üzrə 3,74 manat ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 16955 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 50 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, qalan borc 300,2 manat təşkil etmişdir. 2024-cü ilin sentyabr və oktyabr ayları üzrə 19,66 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, 2024-cü ilin noyabr ayı üzrə 14,42 manat ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 199995 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 30 manat məbləğində kommunal xidmət haqqı ödənilmiş, qalan borc 294,78 manat təşkil etmişdir. 2024-cü ilin noyabr ayı üzrə 19,66 manat məbləğində, 2024-cü ilin dekabr ayı üzrə 24,58 manat kommunal xidmət haqqı ödənilmiş, 2025-ci ilin yanvar ayı üzrə 0,18 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ("İdarəedici təşkilat") ilə X3 ("sakin") arasında bağlanmış xx.xx.2022-ci il tarixli kommunal xidmətin göstərilməsinə dair müqaviləyə əsasən, “İdarəedici təşkilat” ünvan 2 ünvanında yerləşən Blok C binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir, xidmət xərci aylıq 19.66 AZN təşkil edir, sakin yaşayıb-yaşamamasından asılı olmayaraq aylıq kommunal ödənişi ödənilməlidir. Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 40 (qırx) qəpik, ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarına əsasən isə 50 (əlli) qəpik müəyyən edilmişdir. Alıcı Cavabdeh və "xxxx" MMC-nin direktoru X4 və ofis meneceri Ülkər Əliyeva tərəfindən tərtib olunmuş 19 nömrəli xx.xx.2023-cü il tarixli mənzilin təhvil-təslim aktından görünür ki, "MMC" tərəfindən ünvan 2 ünvanında yerləşən Blok C yaşayış binasının 3-cü mərtəbəsindəki 12 №li 1 (bir) otaqlı mənzil 22 Sentyabr 2023-cü il tarixində "xxxx"-nın istifadəsinə verilmiş, "xxxx" isə mənzili təhvil almışdır. MMC tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kommunal xidmət haqqları vaxtında və tam şəkildə ödənilməmişdir. Mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.1 və 38.2) AR X2 93-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Hazırki iş üzrə cavabdehin-çoxmənzilli binanın sahə mülkiyyətçisinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qimətləndirilir. İddiaçının təqdim etdiyi 92 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə bağlanmış 02 noyabr 2022-cü il tarixli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Heydər Əliyev 129 ünvanında, C blok, 12 nömrəli mənzilə dair kommunal xidmətlərə görə xx.xx.2025-ci il tarixinə borcu 421,04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi kommunal xərclərin 2023-cü ilin oktyabr ayından hesablandığını, edərək, hesablanmış borca iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, iddiaçı 02 noyabr 2022-cü il tarixli kommunal xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən, 2023-cü ilin oktyabr ayından 2025-ci ilin sentyabr ayınadək yaranmış borcun tutulmasını tələb edir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 8043 nömrəli, xx.xx.2025-ci il tarixli, 15640 nömrəli, xx.xx.2025-ci il tarixli, 16955 nömrəli, xx.xx.2025-ci il tarixli və 199995 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən müəyyən edilir ki, cavabdeh tərəfindən kommunal xidmətlərə görə 2023-cü ilin oktyabr ayından 2025-ci ilin dekabr ayınadək yaranmış borcları üzrə ümumilikdə 242,72 manat məbləğində kommunal xidmət haqqı ödənilmişdir. Məhkəmə cavabdeh tərəfindən ödənilmiş vəsaitləri nəzərə alaraq hesab edir ki 2023-cü ilin oktyabr ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 263,03 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 263,03 (iki yüz altmış üç manat üç qəpik) manat məbləğində kommunal xidmətə görə yaranmış borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5749/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5749/2025
23.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver