Məhkəmə qərarları › İş №e-2(004)-5807/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5807/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5807/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil Musa oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 7000 manat məbləğində kompensasiya verilməklə onun və azyaşlı övladları İddiaçı Fikrət oğlu və X1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 2 saylı evin 1 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 2 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mübahisə predmeti olan mənzilin iddiaçının mülkiyyətində olması onun adına Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH, 025643 №-li Qeydiyyat vəsiqəsi ilə sübuta yetirilir. Cavabdeh iddiaçının oğludur. Cavabdeh və onun iki azyaşlı övladının iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdeh və onun azyaşlı övladları münahisə predmeti olan mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq onlar həmin mənzildə yaşamırlar və qeyd edilən mənzildə onlara aid heç bir əşya və əmlak yoxdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Bakı şəhəri Yasamal rayonu 138 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 09.09.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh və onun iki azyaşlı övladı mübahisə predmeti olan mənzildə qeydiyyatda olsalar da, 2018-ci ilin iyun ayından həmin ünvanda yaşamırlar. Ev əşyalarını və şəxsi əşyalarını oradan çıxararaq həmin mənzili tərk etmişlər. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisə predmeti olan mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh, X5, İddiaçı Fikrət oğluna və X2 qarşı istifadə hüquqlarına xitam verməklə mənzildə pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 29.01.2020-ci il tarixli 2(004)-659/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3932/2020 saylı 20.08.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh iddiaçının ailə üzvü olmaqla mübahisələndirilən mənzildə uzun müddət yaşadığından, onun həmin yaşayış evindən daimi olaraq köçüb getməsi təsdiq olunmadığından cavabdehin istifadə hüququna yalnız müvafiq kompensasiya verilməklə xitam verilə bildiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Apellyasiya instansiya məhkəməsi iddiaçının gəlini Adilə Əliyevaya münasibətdə isə qeyd etmişdir ki, iddiaçı cavabdehin ailə üzvü deyil, habelə mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığı üçün digər qohum hesab edilə bilməz. Odur ki, iddiaçının gəlininin Mülki Məcəllənin 228.1 və 228.1-ci maddələrinə əsasən mübahisəli mənzilə istifadə hüququnun yaranmadığını göstərmişdir. Bundan başqa iddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon polis idarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyətində olan mənzilindən X3 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2956/2021 saylı 02.03.2021-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan mübahisə predmeti olan mənzildə qeydiyyatda olması onun mülkiyyətçi olaraq mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Odur ki, cavabdehə ağlabatan məbləğ olaraq 7000 manat məbləğində kompensasiya ödənilməklə iddiaçıya məxsus mübahisə predmeti olan mənzilə yaşamaq və istifadə hüquqlarına xitam verilməsi zərurət təşkil edir. Göründüyü kimi yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması faktı öz təsdiqini tapmışdır. Qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək və bu barədə ərizə verərək, təklif olunan kompensasiyaya ehtiyacı olmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 20.08.2020-ci il tarixli 2(103)-3932/2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının ailə üzvü olmaqla, mübahisəli mənzildə uzun müddət yaşaması, onun həmin mənzildən istifadə hüquqlarına Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməklə xitam verilə bilməsi, cavabdehin azyaşlı uşaqlarının iddiaçının, yəni mülkiyyətçinin razılığı ilə ona məxsus mənzildə yaşaması müəyyən edildiyindən iddia təmin edilməli, cavabdehin kompensasiya məbləğindən imtinası onun hüquqlarını pozduğundan qəbul edilməməlidir. Məhkəmə izah edir ki, cavabdeh qətnamənin icrası zamanı kompensasiya məbləğindən imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat kompensasiya verilməklə Cavabdeh və iki azyaşlı övladı X4 və İddiaçı Fikrət oğlunun Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 2 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar