Məhkəmə qərarları › İş №e-2(004)-5815/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5815/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5815/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 517,33 (beş yüz on yeddi manat otuz üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 51,73 (əlli bir manat yetmiş üç qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 1021,40 (bir min iyirmi bir manat qırx qəpik) borc, 30,22 (otuz manat iyirmi iki qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və "xxxx" MMC ilə xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********27321 Samsung Galaxy S22 (1 illik X2 xidməti ilə) markalı telefon, İMEİ Kod **********93660 İphone 13, Apple Adapter (1 illik X2 xidməti ilə) almış və nəticədə 1021,40 (bir min iyirmi bir manat qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1711,08 (min yeddi yüz on bir manat səkkiz qəpik) manat (18 ay x 95.06 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********27321 Samsung Galaxy S22, markalı telefon üçün ümumilikdə 592,66 (beş yüz doxsan iki manat altmış altı qəpik) manat olmaqla onun 517,33 (beş yüz on yeddi manat otuz üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 51,73 (əlli bir manat yetmiş üç qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2929,92 (iki min doqquz yüz iyirmi doqquz manat doxsan iki qəpik) manat (12 ay x 244.16 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********93660 İphone 13, Apple Adapter üçün ümumilikdə, 428, 74 (dörd yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) manat olmaqla ondan, 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3733.91 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «sökülüb» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 02694021 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 2929,91 (iki min doqquz yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat təşkil edən İMEİ Kod **********93660 İphone 13 , Apple Adapter, Paket Apple xidməti, Qızıl Zəmanət Ultra1 il xidmətinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, əşyaların təhvil-təslim aktına əsasən, 02694021 nömrəli müqavilə üzrə İMEİ Kod **********93660 İphone 13, Apple Adapter, (1 illik X2 xidməti ilə) tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2023-cü il tarixli, 02994834 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 1711,01 (min yeddi yüz on bir manat bir qəpik) manat təşkil edən İMEİ Kod **********27321 Samsung Galaxy S22 (1 illik X2 xidməti ilə) alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, əşyaların təhvil-təslim aktına əsasən, 18631703 nömrəli müqavilə üzrə İMEİ Kod **********27321 Samsung Galaxy S22 markalı telefon tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixli, 02694021 saylı müqavilə üzrə ödənilməmiş borcu 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat, xx.xx.2023-cü il tarixli, 02994834 saylı müqavilə üzrə ödənilməmiş borcu 517,33 (beş yüz on yeddi manat otuz üç qəpik) manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə müştəriyə güzəşt olaraq 1-ci müqavilə üçün 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat, 2-ci müqavilə üçün 51,73 (əlli bir manat yetmiş üç qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ Kod **********27321 Samsung Galaxy S22 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə, X1 23,60 (iyirmi üç manat altmış qəpik) manat pul ödənilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,22 (otuz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2025 il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-cü müqavilə üzrə 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat əsas borc, 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu, 2-ci müqavilə üzrə 517,33 (beş yüz on yeddi manat otuz üç qəpik) manat əsas borc, 51,73 (əlli bir manat yetmiş üç qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1021,40 (min iyirmi bir manat qırx qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsasıdır. Belə ki, Mülki Məcəllənin 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 38,98 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə hesablanmış 51.73 manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,22 (otuz manat iyirmi iki qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat əsas, 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 517,33 (beş yüz on yeddi manat otuz üç qəpik) manat əsas, 51,73 (əlli bir manat yetmiş üç qəpik) manat cərimə borcu, X1 ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum olmaqla, ümumilikdə 1021,40 (min iyirmi bir manat qırx qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,22 (otuz manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 389,76 (üç yüz səksən doqquz manat yetmiş altı qəpik) manat əsas, 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 517,33 (beş yüz on yeddi manat otuz üç qəpik) manat əsas, 51,73 (əlli bir manat yetmiş üç qəpik) manat cərimə borcu, X1 ödənilmiş 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum olmaqla, ümumilikdə 1021,40 (bir min iyirmi bir manat qırx qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,22 (otuz manat iyirmi iki qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar