Məhkəmə qərarları › İş №e-2(004)-5847/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5847/2023

21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5847/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X4”na Bakı şəhər X1 İcraiyyə Komitəsindən 22 sentyabr 1989-cu il tarixli, 10/370 saylı qərarının əsasında verilmiş 28 aprel 1990-cı il tarixli Orderin AZE-00****** saylı şəxsiyyət vəsiqəsi ilə ona, yəni İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərdiyi ünvanda yaşayır. O, İddiaçı Azərbayan SSR Bakı şəhər X1 İcraiyyə Komitəsinin 22 sentyabr 1989-cu il tarixli, 10/370 saylı qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə və fərdi yaşayış sahəsinə öz adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədləri toplamağa başlamışdır. Bununla əlaqədar yuxarıda adı çəkilən orqana müraciət etdiyi zaman müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı “İddiaçı” olduğuna baxmayaraq, Bakı şəhər X1 İcraiyyə Komitəsindən 22 sentyabr 1989-cu il tarixli, 10/370 saylı qərarının əsasında verilmiş Bakı şəhər icraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin nəzdində olan Nardaran Bağlar sahəsindəki №96 kooperativindən verilmiş 28 aprel 1990-cı il tarixli Orderdə soyadı mexaniki bir yanlışlıqla “Mənsimov” olaraq göstərilmişdir. Onu da qeyd edir ki, Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 22 sentyabr 1989-cu il tarixli qərarının arxivdən əldə edilmiş surətində soyad, ad və ata adı düzgün qaydada - “İddiaçı” kimi göstərilmişdir, bu da sənədlər arasında uyğunsuzluğa gətirib çıxarmaqdadır. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün, eləcə də soyadında yol verilmiş yanlışlığın nəzərə alınaraq, müvafiq sənədləşmədə “X4” kimi yox, düzəliş edilərək “İddiaçı” kimi göstərilməsinə köməklik göstərilməsi üçün Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etsələr də sözügedən qurum tərəfindən imtina cavabı verilmişdir. Odur ki, hazırda qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da bildirir ki, qeyd etdiyi yanlışlıq onun səhvindən olmayıb, müvafiq dövlət orqanı torpağa dair sənədləşməni apardığı vaxt diqqətsizliyə yol vermişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2603 nömrəli Bakı şəhər X1 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin məktubunun surətindən görünür ki, həmin məktub İddiaçı ünvanlanmışdır. İş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsindən 22 sentyabr 1989-cu il tarixli, 10/370 saylı qərarının surətindən görünür ki, 0,12 ha bağ sahəsi İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsindən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.1990-cı il tarixli, Б/С nömrəli orderin sürətindən görünür ki, 28 aprel 1990-cı ildə xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərara əsasən X3 0.12 ha sahəsi olan 96 saylı bağ sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, idarənin arxivində qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair təqdim edilən orderin nüsxəsi aşkar olunmamışdır. Həmçinin təqdim olunan sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, orderdə Bağ Tikinti Kooperativinin nömrəsi 96 kimi qeyd olunsa da, arxiv arayışında 65 kimi göstərilmişdir. Həmçinin təqdim olunan arxiv arayışında soyad “Məsimov” kimi göstərilsə də, xx.xx.1990-cı il tarixli, 96 nömrəli orderdə “Mənsimov” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə - X2 65 saylı bağ sahəsinin İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və 28 aprel 1990-cı il tarixli Orderin İddiaçı məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər X1 İcraiyyə Komitəsinin 22 sentyabr 1989-cu il tarixli, 10/370 saylı qərarının əsasında verilmiş 28 aprel 1990-cı il tarixli Orderin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar