Məhkəmə qərarları › İş №e-2(004)-5863/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5863/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5863/2023 11.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Binyat oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Binyat oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binyat oğlundan RSK5722190 nömrəli 13 iyun 2019-cu il tarixli müqavilə üzrə 197 (yüz doxsan yeddi manat) manat əsas borc, 58 (əlli səkkiz manat ) manat dəbbə pulu və 30 (otuz manat) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 285 (iki yüz səksən beş manat) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh Binyat oğluna göndərilmiş məhkəmə bildirişi təhvil alınmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh Binyat oğlu arasında bağlanmış RSK5722190 nömrəli 13 iyun 2019-cu il tarixli hissə-hissə ödənişlə Alqı-satqı müqaviləsinə əsasən satıcı 856 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A 50” markalı mobil telefonu 40 manat ilkin ödəniş olmaqla 12 ay müddətinə aylıq 68 manat olmaqlahər ayın 12-dək ödəmək şərti ilə Cavabdeh Binyat oğluna satmışdır. Görünür ki, iddiaçı müqavilə şərtlərini yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13 iyun 2019 -cu il tarixli müqaviləsinə əsasən 197 yüz doxsan yeddi manat) manat əsas borc və 58 (əlli səkkiz manat ) manat dəbbə borcu vardır. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh Binyat oğlundan İddiaçı xeyrinə RSK5722190 nömrəli 13 iyun 2019-cu il tarixli hissə-hissə ödənişlə Alqı-satqı müqaviləsi üzrə 197 (yüz doxsan yeddi manat) manat əsas borc, 58 (əlli səkkiz manat ) manat dəbbə pulu və 30 (otuz manat) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 285 (iki yüz səksən beş manat) pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Binyat oğlundan Y20K5703665 nömrəli 06 aprel 2019-cu il tarixli hissəhissə ödənişlə Alqı-satqı müqaviləsi üzrə RSK5722190 nömrəli 13 iyun 2019-cu il tarixli hissə-hissə ödənişlə Alqı-satqı müqaviləsi üzrə 197 (yüz doxsan yeddi) manat əsas borc, 58 (əlli səkkiz ) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 285 (iki yüz səksən beş manat) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar