Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5870/2024 11.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1953 manat, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən dəyəri 1219 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdehin birinci müqavilə üzrə 240 manat əsas, 100 (yüz) manat cərimə borcu, ikinci müqavilə üzrə 724 manat əsas, 150 (yüz əlli) manat cərimə borcu yaranmışdır. Qeyd edilən müqavilələrə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən, 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən 724 (yeddi yüz iyirmi dörd) manat əsas borc, müqavilə üzrə hesablanmış 150 (yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 1214 (min iki yüz on dörd) manat borcun və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10 sentyabr 2018ci il tarixli, QQK5636373 nömrəli müqavilədən görünür ki, iddiaçı 1953 manat dəyərindəki məişət avadanlığını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 13 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə, hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqavilədən görünür ki, iddiaçı 1219 manat dəyərindəki məişət avadanlığını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 9 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə, hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən 724 (yeddi yüz iyirmi dörd) manat əsas borcu vardır. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1953 manat, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən dəyəri 1219 manat olan məişət avadanlıqları əldə etmişdir. 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən, iddiaçı 1953 manat dəyərindəki məişət avadanlığını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 13 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə, hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən, iddiaçı 1219 manat dəyərindəki məişət avadanlığını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 9 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə, hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh dövri olaraq etməli olduğu ödənişlərdən yayınmış və nəticədə cavabdehin birinci müqavilə üzrə 240 manat, ikinci müqavilə üzrə 724 manat əsas borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqavilələrdə cərimə (dəbbə) borcu ilə əlaqədar xüsusatlar (razılaşma şərtləri) müəyyən edilməmişdir. Yəni, iddiaçı cərimə borcunu tələb etsə də, sözügedən hissədə tələbin hüquqi (qanuni) əsası mövcud deyildir (müqavilədə bu barədə razılaşma yoxdur). Odur ki, iddia tələbi həmin hissədə (cərimə borcu) təmin edilməməlidir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə funksiyası təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun 26 (iyirmi altı) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən 724 (yeddi yüz iyirmi dörd) manat əsas borc olmaqla, ümumilikdə 964 (doqquz yüz altmış dörd) manat borc və ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 10 sentyabr 2018-ci il tarixli, QQK5636373 nömrəli müqaviləyə əsasən 240 (iki yüz qırx) manat əsas, 11 dekabr 2018-ci il tarixli, QQK5636805 nömrəli müqaviləyə əsasən 724 (yeddi yüz iyirmi dörd) manat əsas borc olmaqla, ümumilikdə 964 (doqquz yüz altmış dörd) manat borc və ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5870/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5870/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver