Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5888/2022 25.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39527 Xiaomi Redmi 9A markalı telefon üçün 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********51145 BLACKVİEW A60 markalı telefon üçün 156.6 (yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15.4 (on beş manat, qırx qəpik) manat cərimə olmaqla ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 0.08.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39527 Xiaomi Redmi 9Amarkalı telefon, İmei kodu **********51145 BLACKVİEW A60 markalı telefonalmış və nəticədə 425 (dörd yüz iyirmi beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 346.8 (üç yüz qırx altı manat, səksən qəpik) manat (12 ay x 28.9 manat + 0 manat ilkin ödəniş) , İmei kodu **********39527 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə, 253 (iki yüz əlli üç) manat olmaqla ondan, 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 246.6 (iki yüz qırx altı manat, altmış qəpik) manat (12 ay x 20.55 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********51145 BLACKVİEW A60 markalı telefonüçün ümumilikdə, 172 (yüz yetmiş iki) manat olmaqla ondan, 156.6 (yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 15.4 (on beş manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 206.8 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 24053361 saylı müqavilə əsasında, Cavabdeh alqı-satqı qiyməti 346.8 (üç yüz qırx altı manat, səksən qəpik) manat (12 ay x 28.9 manat + 0 manat ilkin ödəniş) , İmei kodu **********39527 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə, 253 (iki yüz əlli üç) manat olmaqla ondan, 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləsinə əsasında, alqı-satqı qiyməti 246.6 (iki yüz qırx altı manat, altmış qəpik) manat (12 ay x 20.55 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********51145 BLACKVİEW A60 markalı telefon üçün ümumilikdə, 172 (yüz yetmiş iki) manat olmaqla ondan, 156.6 (yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 15.4 (on beş manat, qırx qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh borcu ümumilikdə 253 (iki yüz əlli üç) manat olmaqla, ondan 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ümumilikdə, 172 (yüz yetmiş iki) manat olmaqla ondan 156.6 (yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15.4 (on beş manat, qırx qəpik) manat cərimə miqdarında borc vardır. Beləliklə, müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli 24053361 saylı müqavilə üzrə Cavabdeh cəmi 253 (iki yüz əlli üç) manat olmaqla, ondan 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi 172 (yüz yetmiş iki) manat olmaqla ondan 156.6 (yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15.4 (on beş manat, qırx qəpik) manat cərimə miqdarında borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 24053361 saylı müqaviləsinə əsasən 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə; xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləsinə əsasən 156.6 (yüz əlli altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15.4 (on beş manat, qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5888/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5888/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver