Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5888/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 46799 nömrəli müqaviləyə əsasən cavabdeh 589.98 manat dəyərində nisyə aldığı malın dəyərini 12 ay müddətində hər ay 49 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh “Alıcı” müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmiş, nəticədə sözügedən müqavilə üzrə 292.98 (iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 322.98 (üç yüz iyirmi iki manat doxsan səkkiz qəpik) manat borcu yaranmışdır. Borclu sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 50 (əlli) manat ödəniş etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı xeyrinə 292.98 (iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 322.98 (üç yüz iyirmi iki manat doxsan səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 46799 nömrəli hissə-hissə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” 589.98 (beş yüz səksən doqquz manat doxsan səkiz qəpik) manat dəyərində 1 (bir) ədəd “Samsung SM- A245” markalı telefonu satmağı, “Alıcı” isə ilkin ödəniş etmədən 12 ay müddətinə aylıq 49 (qırx doqquz) manat pulu ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda Satcı tərəfindən Alıcıdan hər gün üçün 1% dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 46799 nömrəli hissə-hissə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 292.98 (iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat əsas və 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 322.98 (üç yüz iyirmi iki manat doxsan səkkiz qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun məbləğinin məhkəmə tərəfindən azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462, 467, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, “Alıcı” Cavabdeh xx.xx.2024-cü il tarixli, 46799 nömrəli hissə-hissə alqı-satqı müqaviləsi üzrə üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, “Satıcı”nın verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. “Satıcı” müqavilə predmeti olan daşınar əşyaları “Alıcı”ya təhvil vermiş, “Alıcı” isə müqavilə şərtlərinə riayət etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 30 manat məbləğində deyil, 20 (iyirmi) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun 20 (iyirmi) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 20 (iyirmi) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 46799 nömrəli müqaviləyə əsasən borclu “ERA Electronics”dən dəyəri 589.98 manat olan məişət avadanlığını 12 ay müddətində hər ay 49 manat ödəmək şərtilə əldə etmişdir. Lakin cavabdeh “Alıcı” müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmiş, nəticədə sözügedən müqavilə üzrə 292.98 (iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat əsas və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 302.98 (üç yüz iki manat doxsan səkkiz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 292.98 (iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat əsas və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 302.98 (üç yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 292.98 (iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat əsas və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 302.98 (üç yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5888/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5888/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver