Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5889/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********93328 olan Samsung Galaxy A11 markalı telefon üçün 144,5 (yüz qırx dörd manat əlli qəpik) manat ödənilməmiş hissə, 14,5 (on dörd manat, əlli qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN MRAC-kondisioner üçün 905 (doqquz yüz beş) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X2 Earbuds üçün 10 (on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********82588 olan Xiaomi Redmi 9T markalı telefon üçün 542 (beş yüz qırx iki) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə olmaqla ümumilikdə 1760 manat borc, 37,6 manat dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2020ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kodu **********93328 olan Samsung Galaxy A11 markalı telefon, HOFFMANN MRAC- kondisioner, X2 Earbuds və İmei kodu **********82588 olan Xiaomi Redmi 9T markalı telefon almış, nəticədə 1760 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 513 manat (18 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********93328 X1 markalı telefon üçün 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 144,5 manat ödənilməmiş hissə, 14,5 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1357,2 manat (18 ay x 75.4 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC-kondisioner üçün 995 manat olmaqla ondan, 905 manat ödənilməmiş hissə, 90 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 64,2 (6 ay x 10.~ manat + 0 manat ilkin ödəniş) olan X2 Earbuds üçün 10 manat olmaqla ondan 10 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 574,2 manat (18 ay x 31.9 manat 0 manat ilkin ödəniş) olan İmei kodu **********82588 olan Xiaomi Redmi 9T markalı telefon üçün 596 manat olmaqla ondan 542 manat ödənilməmiş hissə, 54 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 907,1 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə ümumilikdə dəyəri 513 manat təşkil edən Samsung Galaxy A11 markalı telefonun, xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 1357,20 manat təşkil edən HOFFMANN MRAC-kondisionerin, xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 64,20 manat təşkil edən X2 Earbuds, xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 574,20 manat təşkil edən İmei kodu **********82588 olan Xiaomi Redmi 9T markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21081238 nömrəli, xx.xx.2021-ci il tarixli 22307776 nömrəli, xx.xx.2021-ci il tarixli 22405077 nömrəli, xx.xx.2021-ci il tarixli 23254441 nömrəli əlavə ödəniş cədvəllərinin 2.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2020-ci il tarixli, 21081238 saylı müqavilə üzrə 14,5 manat, xx.xx.2021-ci il tarixli 22307776 saylı müqavilə üzrə 90 manat, xx.xx.2021-ci il tarixli 22405077 saylı müqavilə üzrə 0 manat, xx.xx.2021-ci il tarixli 23254441 saylı müqavilə üzrə 54 manat təşkil edir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21081238 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A11 markalı telefontam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 22307776 nömrəli alqı-satqı müqaviləsi üzrə HOFFMANN MRAC-kondisioner tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 22405077 nömrəli alqı-satqı müqaviləsi üzrə X2 Earbuds tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 23254441 nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kodu **********82588 olan Xiaomi Redmi 9T markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2020-ci il tarixli, 21081238 nömrəli müqavilə üzrə iddiaçıya 144,5 manat əsas borc, 14,5 manat cərimə borcu, cəmi 159 manat; xx.xx.2021-ci il tarixli 22307776 nömrəli müqavilə üzrə iddiaçıya 905 manat əsas borc, 90 manat cərimə borcu, cəmi 995 manat; xx.xx.2021-ci il tarixli 22405077 nömrəli müqavilə üzrə iddiaçıya 10 manat əsas borc, 0 manat cərimə borcu, cəmi 10 manat, xx.xx.2021-ci il tarixli 23254441 nömrəli müqavilə üzrə iddiaçıya 542 manat əsas borc, 54 manat cərimə borcu, cəmi 596 manat olmaqla, ümumilikdə 1760 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixli, 21081238 nömrəli müqavilə üzrə 14,5 manat, xx.xx.2021-ci il tarixli 22307776 nömrəli müqavilə üzrə 90 manat və xx.xx.2021-ci il tarixli 23254441 nömrəli müqavilə üzrə 54 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21081238 nömrəli müqavilə əsasında əsas borc üzrə 144,5 manat, cərimə borcu üzrə 14,5 manat; xx.xx.2021-ci il tarixli 22307776 nömrəli müqavilə əsasında əsas borc üzrə 905 manat, cərimə borcu üzrə 90 manat; xx.xx.2021-ci il tarixli 22405077 nömrəli müqavilə əsasında əsas borc üzrə 10 manat və xx.xx.2021-ci il tarixli 23254441 nömrəli müqavilə əsasında əsas borc üzrə 542 manat, cərimə borcu üzrə 54 manat, ümumilikdə hər dörd müqavilə üzrə 1760 manat borc və dövlət rüsumu kimi ödənilmiş 37,6 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 21081238 nömrəli müqavilə əsasında əsas borc üzrə 144,5 (bir yüz qırx dörd manat əlli qəpik) manat, cərimə borcu üzrə 14,5 (on dörd manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli 22307776 nömrəli müqavilə əsasında əsas borc üzrə 905 (doqquz yüz beş) manat, cərimə borcu üzrə 90 (doxsan) manat; xx.xx.2021-ci il tarixli 22405077 nömrəli müqavilə əsasında əsas borc üzrə 10 (on) manat və xx.xx.2021-ci il tarixli 23254441 nömrəli müqavilə əsasında əsas borc üzrə 542 (beş yüz qırx iki) manat, cərimə borcu üzrə 54 (əlli dörd) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 1760 (bir min yeddi yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,6 (otuz yeddi manat altmış qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5889/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5889/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver