Məhkəmə qərarları › İş №e-2(004)-5897/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5897/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5897/2022 18.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1965 manat məbləğində borc məbləği və 39,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 2004,65 manat məbləği tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284- 5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə malların nisyə satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə dəyəri 3099 manat məbləğində 1 ədəd İphone 13 Pro 256 GB Sierra Blue-**********36701 markalı mobil telefonu 9 ay müddətinə hissə-hissə ödənilməklə satılmışdır. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 465 manat ödənilmiş, qalan məbləğ hər ayın 13-də (fevral ayından başlayaraq) 328 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə Cavabdeh 9 ay müddətində 2950 manat ödəməli idi. Cavabdeh 2022-ci ilin fevral, mart, aprel ayları üçün ümumilikdə 984 manat ödəmişdir, 2022-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün ödəniş etməmişdir. Hal-hazırda cavabdehin borcu 1965 manat təşkiledir. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə may ayı üçün ödənişin olunması ilə bağlı bildiriş göndərilmiş, lakin buna baxmayaraq ödəniş olunmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə pretenziyanı göndərərək sözügedən müqaviləyə birtərəfli qaydada xitam verilməsini bildirmiş və iddiaçıya olan 1965 manat məbləğində borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin, buna baxmayaraq heç bir ödəniş bu günədək olunmamışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə cavabdeh ərizə ilə müraciət etmiş və 1965 manat məbləğində qalan borcu hissə-hissə ödənilməsini (18.08.22-dək – 800 manat, 05.09.22 – 500 manat, 20.10.22- 665 manat) öhdəsinə götürmüşdür. Lakin heç bir ödəniş olunmamışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə malların nisyə satışı haqqında müqavilə üzrə 1965 manat məbləğində borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1 ədəd İphone 13 Pro 256 GB Sierra Blue-**********36701 markalı mobil telefon üçün 1965 manat borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 39,65 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1 ədəd İphone 13 Pro 256 GB Sierra Blue-**********36701 markalı mobil telefon üçün 1965 (bir min doqquz yüz altmış beş) manat və 39,65 (otuz doqquz manat altmış beş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar