Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5926/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı "əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin İddiaçı mülkiyyətində olan obyektə qarşı əsassız hesablanmış 1634,84 AZN borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi elektron qaydada Bakı şəhər Yasamal rayon Məhkəməsinə 07 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə uyğun olmadığından və MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, iddiaçının tələbi "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., (Məmməd Rahim küçəsi), 31A ünvanında yerləşən qeyri yaşayış sahəsinin işıq sayğacına yazılmış borcun silinməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçının qeydiyyat (yaşadığı) ünvanı isə ünvan 2və iddiaçı ələktron iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə riayət etməyib. Belə ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir və həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin iddiaçı elektron iddia ərizəsində cavabdeh qismində tərəfi qeyd etməmiş, cavabdehə dair hər hansısa məlumat yazmamış və bundan əlavə iddia ərizəsinə zəruri olan sənədləri əlavə etməmişdir. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MPM-nin 36.9-cu, 149-cu və 152.1.3-cü maddələrinin tələblərinə uyğun olmadığından iddia ərizəsi geri qaytarılmalı və MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı "əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-5926/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5926/2021
08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver