Məhkəmə qərarları › İş №e-2(004)-5971/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5971/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5971/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K4713859 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 692 manat əsas, 206 manat dəbbə pulu, S3K4713860 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 113 manat əsas, 33 manat dəbbə pulu, S3K4713861 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 451 manat əsas, 135 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1667 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında 29 yanvar 2018-ci il tarixlərində S3K4713859, S3K4713860, S3K4713861 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır.Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K4713859 nömrəli müqavilə üzrə 1927 manat dəyəri olan 1 ədəd “Grunding” markalı televizor və 1 ədəd “Beko” markalı soyuducunu, S3K4713860 nömrəli müqavilə üzrə 298 manat dəyəri olan 1 ədəd “Beko” markalı tozsoranı, S3K4713861 nömrəli müqavilə üzrə 675 manat dəyəri olan 1 ədəd “Altus” markalı paltaryuyanı alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı S3K4713859 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla qalan 1927 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müsddətinə, aylıq 161 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini, S3K4713860 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla qalan 298 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 25 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini, S3K4713861 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla qalan 675 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 29 manat olmaqla hər ayın 28-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K4713859 nömrəli müqavilə üzrə 692 manat əsas, 206 manat dəbbə pulu olmaqla 898 manat, S3K4713860 nömrəli müqavilə üzrə 113 manat əsas, 33 manat dəbbə pulu olmaqla 146 manat, S3K4713861 nömrəli müqavilə üzrə 451 manat əsas, 135 manat dəbbə pulu olmaqla, 586 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K4713859 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixində 10 manat ödəniş, S3K4713860 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixində 10 manat ödəniş, S3K4713861 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixində 28 manat ödəniş edilmişdir. Tərəfimizdən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli S3K4713859 nömrəli müqavilə üzrə 692 manat əsas, 206 manat dəbbə pulu olmaqla 898 manat, S3K4713860 nömrəli müqavilə üzrə 113 manat əsas, 33 manat dəbbə pulu olmaqla 146 manat, S3K4713861 nömrəli müqavilə üzrə 451 manat əsas, 135 manat dəbbə pulu olmaqla, 586 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli pretenziyadan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, S3K4713859 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 692 manat əsas, 206 manat dəbbə pulu,S3K4713860 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 113 manat əsas, 33 manat dəbbə pulu, S3K4713861 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 451 manat əsas, 135 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1667 manat borcu vardır. Beləliklə, müəyyən olundu ki, S3K4713859 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 692 manat əsas, 206 manat dəbbə pulu,S3K4713860 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 113 manat əsas, 33 manat dəbbə pulu, S3K4713861 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 451 manat əsas, 135 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1667 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı qeyd edir ki, müqavilələr üzrə hesablanmış cərimələr tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, S3K4713859 nömrəli 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat, S3K4713860 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 10 (on) manat, S3K4713861 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 40 (qırx) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh S3K4713859 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 692 manat əsas, 60 manat cərimə, S3K4713860 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 113 manat əsas, 10 manat cərimə, S3K4713861 nömrəli, 29 yanvar 2018-ci il tarixli müqavilə üzrə 451 manat əsas, 40 manat cərimə olmaqla, cəmi 1366 (bir min üç yüz altmış altı) manat məbləğində borc və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar