Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5988/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********67803 SAMSUNG GALAXY A32 markalı telefon üçün 34,72 (otuz dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 3,28 (üç manat iyirmi səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********07781 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet üçün 197,96 (yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 19,04 (on doqquz manat dörd qəpik) manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV. YUPİTER TV ASQİSİ üçün 719,90 (yeddi yüz on doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 71.10 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1046 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,46 (otuz manat qırx altı qəpik) manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. İş materiallarından görünür ki, göndərilmiş məhkəmə bildirişi Cavabdeh tərəfindən təhvil alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən satıcı , İmei kodu **********67803 SAMSUNG GALAXY A32 markalı telefon üçün ilkin ödənişsiz 14 ay müddətinə hər ay 54,83 (əlli dörd manat səksən üç qəpik) manat ödəniş etmək şərti ilə 767,62 (yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manata, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********07781 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet üçün ilkin ödənişsiz 12 ay müddətinə hər ay 39,58 (otuz doqquz manat əlliz səkkiz qəpik) manat ödəniş etmək şərti ilə 474,96 (dörd yüz yetmiş dörd manat doxsan altı qəpik) manata, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV. YUPİTER TV ASQİSİNİ ilkin ödənişsiz 18 ay müddətinə aylıq 45,55 (qırx beş manat əlli beş qəpik) ödəniş etmək şərti ilə 819.90 (səkkiz yüz on doqquz manat doxsan qəpik) manata Cavabdeh satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********67803 SAMSUNG GALAXY A32 markalı telefon üçün 34.72 (otuz dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 3.28 (üç manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 38 (otuz səkkiz manat) manat,xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********07781 SAMSUNG GALAXY TAB A7LİTE markalı tablet üçün 197.96 (yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 19.04 (on doqquz manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 217 (iki yüz on yeddi)) manat, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən ) LG LED TV. YUPİTER TV ASQİSİ üçün 719.90 (yeddi yüz on doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 71.10 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, 791 (yeddi yüz doxsan bir) manat, miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1109,9 (bir min yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********67803 SAMSUNG GALAXY A32 markalı telefon üçün 34,72 (otuz dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 3,28 (üç manat iyirmi səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********07781 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet üçün 197,96 (yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 19,04 (on doqquz manat dörd qəpik) manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV. YUPİTER TV ASQİSİ üçün 719,90 (yeddi yüz on doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 71.10 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1046 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,46 (otuz manat qırx altı qəpik) manat pul vəsaiti ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh GALAXY A32 markalı telefon üçün 34,72 (otuz dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 3,28 (üç manat iyirmi səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********07781 SAMSUNG GALAXY TAB A7 LİTE markalı tablet üçün 197,96 (yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 19,04 (on doqquz manat dörd qəpik) manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV. YUPİTER TV ASQİSİ üçün 719,90 (yeddi yüz on doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 71.10 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1046 ( bir min qırx altı) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,46 (otuz manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-5988/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5988/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver