Məhkəmə qərarları › İş №e-2(004)-6000/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6000/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6000/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Malta kunc divan dəsti üçün 408,96 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Natura jurnal masası, Alyans TV alt Verona üçün 40,56 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Flora qonaq TV altı GL üçün 114 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86916 olan Samsung Galaxy A10 markalı telefon üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Samsung LED TV üçün 194,12 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, X1, Microsoft Windows 10 PRO, üçün 602,32 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Toshıba kondisioner üçün 623 manat ödənilməmiş hissə, 62,04 manat cərimə olmaqla, ümumilikdə, 2209 manat borcun və 42,09 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Malta künc divan dəsti, NATURA jurnal masası, Alyans TV altı Verona, Flora qonaq TV altı GL, İMEİ kodu **********86916 olan Samsung Galaxy A10 markalı telefon, Samsung LED TV, X1, Microsoft Windows 10 PRO, Toshıba kondisioner almış və 2209 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1836.7 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Malta kunc divan dəsti üçün 408,96 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Natura jurnal masası, Alyans TV alt Verona üçün 40,56 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Flora qonaq TV altı GL üçün 114 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86916 olan Samsung Galaxy A10 markalı telefon üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Samsung LED TV üçün 194,12 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, X1, Microsoft Windows 10 PRO, üçün 602,32 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Toshıba kondisioner üçün 623 manat ödənilməmiş hissə, 62,04 manat cərimə olmaqla, ümumilikdə, 2209 manat borc və ödənilmiş 42,09 manat dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Malta kunc divan dəsti üçün 408,96 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Natura jurnal masası, Alyans TV alt Verona üçün 40,56 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Flora qonaq TV altı GL üçün 114 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********86916 olan Samsung Galaxy A10 markalı telefon üçün 28 manat ödənilməmiş hissə, 2 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Samsung LED TV üçün 194,12 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, X1, Microsoft Windows 10 PRO, üçün 602,32 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, Toshıba kondisioner üçün 623 manat ödənilməmiş hissə, 62,04 manat cərimə olmaqla, ümumilikdə, 2209 (iki min iki yüz doqquz) manat borc və ödənilmiş 42,09 (qırx iki manat 09 qəpik) manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar