Məhkəmə qərarları › İş №e-2(004)-6100/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6100/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6100/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76785 olan Samsung Galaxy A24 markalı telefon üçün, 609,96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 60,04 (altmış manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple Airpords 3 qulaqlıq üçün, 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 59,96 (əlli doqquz manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple Airpords 3 qulaqlıq üçün, 549,96 (beş yüz qırx doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 54,04 (əlli dörd manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple Airpords 3 qulaqlıq üçün, 530,04 (beş yüz otuz manat dörd qəpik) manat ödənilməmiş hissə, 53,96 (əlli üç manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 2.517 (iki min beş yüz on yeddi) manat borc, 45,17 (qırx beş manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76785 olan Samsung Galaxy A24 markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 609,96 (altı yüz doquz manat doxsan altı qəpik) manat (12 ay x 50,83manat + ilkin ödənişsiz) ümumilikdə 670 (altı yüz yetmiş) manat olmaqla ondan, 609,96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 60,04 (altmış manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 674,04 (altı yüz yetmiş dörd manat dörd qəpik) manat (12 ay x 50,17 manat + 72 manat ilkin ödəniş) Apple Airpords 3 qulaqlıq üçün ümumilikdə, 659 (altı yüz əlli doqquz) manat olmaqla ondan, 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59,96 (əlli doqquz manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 549,96 (beş yüz qırx doqquz manat doxsan altı) manat (12 ay x 45,83 manat + ilkin ödənişsiz) Apple Airpords 3 qulaqlıq üçün ümumilikdə, 604 (altı yüz dörd) manat olmaqla ondan, 549,96 (beş yüz qırx doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 54,04 (əlli dörd manat dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Apple Airpords 3 qulaqlıq almış və nəticədə alqı-satqı qiyməti 530,04 (beş yüz otuz manat dörd qəpik) manat (12 ay x 44,17 manat + ilkin ödənişsiz) ümumilikdə 584 (beş yüz səksən dörd) manat olmaqla ondan, 530,04 (beş yüz otuz manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 53,96 (əlli üç manat doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli, 02999338 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 609,96 manat təşkil edən Samsung Galaxy A24 markalı telefon alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 02999338 nömrəli müqavilə üzrə Samsung Galaxy A24 markalı telefon tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 02128194 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 549,96 manat təşkil edən Apple Airpords 3 qulaqlıq malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 02128194 nömrəli müqavilə üzrə Apple Airpords 3 qulaqlıq adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 09383163 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 530,04 manat təşkil edən Apple Airpords 3 w/lightning qulaqlıq, charging case/MPNY3RU/A alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 09383163 nömrəli müqavilə üzrə Apple Airpords qulaqlıq və charging case tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 02717002 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 674,04 manat təşkil edən Apple Airpords 3 qulaqlıq malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 02717002 nömrəli müqavilə üzrə Apple Airpords 3 qulaqlıq adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malı qəbul etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixli, 02999338 saylı müqavilə üzrə ödənilməmiş borcu 609,96 manat, xx.xx.2024-cü il tarixli, 02717002 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 599,04 manat, xx.xx.2024-cü il tarixli, 02128194 saylı müqavilə üzrə ödənilməmiş borcu 549,96 manat, xx.xx.2024-cü il tarixli, 09383163 saylı müqavilə üzrə ödənilməmiş borcu 530,04 manat,təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər iki müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 90 (0,5 manat x 180 gün) manat, 2-ci müqavilə üzrə 75,8 (0,5 manat x 150 gün), 3-cü müqavilə üzrə 81 (0,45 manat x 180 gün) manat, 4-cü müqavilə üzrə 79,2 (0,44 manat x 180 gün) manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 1-ci müqavilə üçün 60,04 manat, 2-ci müqavilə üçün 59,96 manat, 3-cü müqavilə üçün 54,04 manat, 4-cü müqavilə üçün 53,96 manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-ci müqavilə üzrə 609,96 manat əsas borc, 60,04 manat cərimə borcu, 2-ci müqavilə üzrə 599,04 manat əsas borc, 59,96 cərimə borcu, 3-cü müqavilə üzrə 549,96 manat əsas borc, 54,04 manat cərimə borcu, 4-cü müqavilə üzrə 530,04 manat əsas borc, 53,96 manat cərimə borcu olmaqla, ümumilikdə 2.517 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə hesablanmış cərimələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq cərimənin məbləğinin azaldılmasını, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 43,39 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 609,96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat əsas borc, 15 (on beş) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 549,96 (beş yüz qırx doqquz manat doxsan altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 530,04 (beş yüz otuz manat dörd qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat manat əsas borc, 15 (on beş) manat cərimə olmaqla, hər dörd müqavilə üzrə cəmi 2.339 (iki min üç yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,39 (qırx üç manat otuz doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 609,96 (altı yüz doqquz manat doxsan altı qəpik) manat əsas borc, 15 (on beş) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 549,96 (beş yüz qırx doqquz manat doxsan altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 530,04 (beş yüz otuz manat dörd qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat manat əsas borc, 15 (on beş) manat cərimə olmaqla, hər dörd müqavilə üzrə cəmi 2.339 (iki min üç yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,39 (qırx üç manat otuz doqquz qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar