Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6109/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ,İmei kodu **********18591 və İmei kodu **********27513 olan 2 ədəd Samsung Galaxy A10s markalı telefon üçün 454.7 manat ödənilməmiş hissə, 45.3 manat; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********36086 Samsung Galaxy A02s markalı telefon üçün 326 manat ödənilməmiş hissə, 32 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əasən, İmei kodu **********36755 Samsung Galaxy A02S markalı telefon üçün 326 manat ödənilməmiş hissə, 32 manat cərimə olmaqla ümumilikdə 1216 manat borc, 32.16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz 18 ay müddətinə aylıq 45.8 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 824.4 manat İMEİ kodu **********18591 və İmei kodu **********27513 olan 2 ədəd Samsung Galaxy A10S markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz 12 ay müddətinə aylıq 32.68 manat ödəmək şərtilə alqı-satqı qiyməti 392.16 manat İmei kodu **********36086 olan Samsung Galaxy A02S markalı telefon, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" tərəfindən Cavabdeh ilkin ödənişsiz 12 ay müddətinə aylıq 32.68 manat ödəmək şərtilə alqı-satqı qiyməti 392.16 manat İmei kodu **********36755 olan Samsung Galaxy A02S markalı telefon verilmişdir. xx.xx.2022-ci il maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 454.7 manat ödənilməmiş hissə, 45.3 manat cərimə; xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 326 manat ödənilməmiş hissə, 32 manat cərimə; xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 326 manat ödənilməmiş hissə, 32 manat cərimə borcu olmaqla ümumilikdə 1216 manat borcu vardır. Cavabdeh müqavilənin öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ 502.02 manat təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 454.7 manat ödənilməmiş hissə, 45.3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 326 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən 326 manat ödənilməmiş hissə, 32 manat cərimə olmaqla, cəmi 1216 manat borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 32.16 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 454.7 (dörd yüz əlli dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 45.3 (qırx beş manat otuz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 326 (üç yüz iyirmi altı manat) manat ödənilməmiş hissə, 32 (otuz iki manat) manat cərimə, xx.xx.2021-ci tarixli müqaviləyə əsasən 326 (üç yüz iyirmi altı manat) manat ödənilməmiş hissə, 32 (otuz iki manat) manat cərimə olmaqla, cəmi 1216 (min iki yüz on altı manat) manat borc, həmçinin 32.16 (otuz iki manat on altı qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-6109/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6109/2022
16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver