Məhkəmə qərarları › İş №e-2(004)-6119/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6119/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6119/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X4 "xxxx" MMC ilə R0031371 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə ilə 14 ay müddətinə 3599 (üç min beş yüz doxsan doqquz) manat dəyərində olan İ-phone 13 Pro Max 128 markalı əşyanı almışdır. Cavabdeh aldığı əşyaya görə 1400 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2199 (iki min yüz doxsan doqquz) manat ödənişi hissə-hissə ödəməyi öhdəsinə götürsə də, 1130 manat ödəniş etməklə öhdəliklərini qismən yerinə yetirmişdir. Borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, R0031371 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə cavabdeh X1 1069 (min altmış doqquz) manat məbləğində əsas, 107 (yüz yeddi) manat məbləğində cərimə və 31,76 (otuz bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1207,76 (min iki yüz yeddi manat yetmiş altı qəpik) manat pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 arasında bağlanmış R0031371 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” 3599 (üç min beş yüz doxsan doqquz) manat dəyərində olan İ-phone 13 Pro Max 128 markalı əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 R0031371 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1069 (min altmış doqquz) manat məbləğində əsas, 107 (yüz yeddi) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə X4 arasında bağlanılmış R0031371 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İ-phone 13 Pro Max 128 markalı əşyanı Cavabdeh satmış, cavabdeh əşyaya görə ilkin ödəniş etməmiş və 1400 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2199 (iki min yüz doxsan doqquz) manat ödənişi hissə-hissə ödəməyi öhdəsinə götürsə də, 1130 manat ödəniş etməklə öhdəliklərini qismən yerinə yetirmişdir. Nəticə etibarilə cavabdeh X2 1069 (min altmış doqquz) manat məbləğində əsas, 107 (yüz yeddi) manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, X4 "xxxx" MMC-dən R0031371 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İ-phone 13 Pro Max 128 markalı əşyanı almış, lakin müqavilə öhdəliklərinə əməl etmədiyindən 1069 (min altmış doqquz) manat məbləğində əsas, 107 (yüz yeddi) manat məbləğində cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış R0031371 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan R0031371 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış R0031371 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31,76 (otuz bir manat yetmiş altı qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 R0031371 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1069 (min altmış doqquz) manat məbləğində əsas, 107 (yüz yeddi) manat cərimə pulu, 31,76 (otuz bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1207,76 (min iki yüz yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı «pul» tələbi dair iddiası təmin edilsin. Cavabdeh X1 R0031371 nömrəli xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1069 (min altmış doqquz) manat məbləğində əsas, 107 (yüz yeddi) manat cərimə pulu, 31,76 (otuz bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1207,76 (min iki yüz yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar