Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-618/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı 1.035.00 manat əsas borc, 643.00 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 2.773.56 manat olmaqla ümumilikdə 4.451.56 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh arasında barışıq əldə edildiyini və tərəflər arasında barışıq sazişinin bağlandığını bildirmiş, bununla əlaqədar olaraq tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini, bu barədə qərardad çıxarılmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 tərəflərin təqdim etdiyi barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən İddiaçı MMC və Cavabdeh məhkəmədə gedən mülki mübahisənin barışıq yolu ilə həll edilməsi üçün aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.1 Yasamal rayon Məhkəməsinin təklifi ilə və tərəflərin təşəbbüsü ilə İddiaçı MMC və Cavabdeh aşağıdakı şərtlərlə barışığa razılaşdıqlarını təsdiq edirlər: - xx.xx.2023-cü il tarixli B-061-SA-23 saylı Müqavilənin və ona edilmiş xx.xx.2024 -cü il tarixli əlavə razılaşmanın icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh İddiaçı MMC-yə 2600 (iki min altı yüz) manat ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh bu müqaviləni imzaladığı gün 2000 (iki min) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir. - Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 600 (altı yüz) manat məbləğində borcu xx.xx.2025-ci il tarixində ilkin ödəniş edilmək şərtilə 6 (altı) ay ərzində hər ay 100 (bir yüz) manat ödəməklə hissə-hissə İddiaçı MMC-yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir; 1.2 Cavabdeh tərəfindən ödənişin Sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 2.1 Bu Sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.3 Bu “Saziş” sözügedən iş icraatında olan Məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Barışıq sazişinin şərtlərindən görünür ki, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq barışıq sazişi qanunidir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar 2(004)- 618/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-618/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-618/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver