Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6180/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon üçün 587 (beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefonüçün 129.8 (yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 12.2 (on iki manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə 787 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon, İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefon almış və nəticədə 787 (yeddi yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 770.6 (yeddi yüz yetmiş manat, altmış qəp) manat (12 ay x 61.3 manat + 35 manat ilkin ödəniş), İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilikdə, 645 (altı yüz qırx beş) manat olmaqla ondan, 587 (beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 798.8 (yeddi yüz doxsan səkkiz manat, səksən qəp) manat (12 ay x 64.9 manat + 20 manat ilkin ödəniş) İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefonüçün ümumilikdə, 142 (yüz qırx iki) manat olmaqla ondan, 129.8 (yüz iyirmi doqquz manat, səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.2 (on iki manat, iyirmi qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 852.6 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon, İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefon almış və nəticədə 787 (yeddi yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 770.6 (yeddi yüz yetmiş manat, altmış qəp) manat (12 ay x 61.3 manat + 35 manat ilkin ödəniş), İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilikdə, 645 (altı yüz qırx beş) manat olmaqla ondan, 587 (beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 798.8 (yeddi yüz doxsan səkkiz manat, səksən qəp) manat (12 ay x 64.9 manat + 20 manat ilkin ödəniş) İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefonüçün ümumilikdə, ümumilikdə (787 manat ) borc olmaqla ondan, 129.8 (yüz iyirmi doqquz manat, səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.2 (on iki manat, iyirmi qəp) manat cərimə miqdarında borc yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 770.6 (yeddi yüz yetmiş manat, altmış qəp) manat (12 ay x 61.3 manat + 35 manat ilkin ödəniş), İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilikdə, 645 (altı yüz qırx beş) manat olmaqla ondan, 587 (beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 798.8 (yeddi yüz doxsan səkkiz manat, səksən qəp) manat (12 ay x 64.9 manat + 20 manat ilkin ödəniş) İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefon üçün ümumilikdə, 142 (yüz qırx iki) manat olmaqla ondan, 129.8 (yüz iyirmi doqquz manat, səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.2 (on iki manat, iyirmi qəp) manat cərimə, ümumilikdə, 787 manat olmaqla ondan 716.8 manat ödənilməmiş hissə, 70.2 manat cərimə borcu vardır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 770.6 (yeddi yüz yetmiş manat, altmış qəpik) manat (12 ay x 61.3 manat + 35 manat ilkin ödəniş), İmei kodu **********81920 SAMSUNG GALAXY A52 markalı telefon üçün ümumilikdə, 645 (altı yüz qırx beş) manat olmaqla ondan, 587 (beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 798.8 (yeddi yüz doxsan səkkiz manat, səksən qəpik) manat (12 ay x 64.9 manat + 20 manat ilkin ödəniş) İmei kodu **********60749 SAMSUNG GALAXY A51 markalı telefonüçün ümumilikdə, 142 (yüz qırx iki) manat olmaqla ondan, 129.8 (yüz iyirmi doqquz manat, səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.2 (on iki manat, iyirmi qəpik) manat cərimə borcu yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə, 587 (beş yüz səksən yeddi) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə, xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə, 129.8 (yüz iyirmi doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 12.2 (on iki manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 787 (yeddi yüz səksən yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6180/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6180/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver