Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-621/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5775368 saylı müqavilə üzrə 1295 manat əsas borc, 388 manat dəbbə pulu, ECK5793141 saylı müqavilə üzrə 1880 manat əsas borc, 564 manat dəbbə pulu, SMEK ******* nömrəli müqavilə üzrə 931 manat əsas borc, 279 manat dəbbə pulu, SMEK ******* nömrəli müqavilə üzrə 403 manat əsas borc, 120 manat dəbbə pulu olmaqla, ümumilikdə 5860 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən "Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 23 iyul 2019-cu il, 15 sentyabr 2019-cu il, 21 dekabr 2019-cu il və 04 yanvar 2020-ci il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 23 iyul 2019-cu il tarixli ECK5775368 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1950 manat olan 1 ədəd "Samsung" markalı televizor almış, ilkin ödəniş olaraq 150 manat ödəniş etmiş, nəticədə 1800 manat borc yaranmışdır. 15 sentyabr 2019-cu il tarixli ECK5793141 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2456 manat olan 1 ədəd "Samsung" markalı televizor almış, ilkin ödəniş olaraq 200 manat ödəniş etmiş, nəticədə 2256 manat borc yaranmışdır. 21 dekabr 2019-cu il tarixli SMEK4606498 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1280 manat olan 1 ədəd X1 almış, ilkin ödəniş olaraq 2 manat ödəniş etmiş, nəticədə 1278 manat borc yaranmış və 04 yanvar 2020-ci il tarixli SMEK4606506 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 458 manat olan 1 ədəd X2 və 1 ədəd Anonim Asılqan almış, ilkin ödəniş olaraq 0 manat ödəniş etmiş, nəticədə 458 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 23 iyul 2019-cu il tarixli ECK5775368 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş edilmişdir. 15 sentyabr 2019-cu il tarixli ECK5793141 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 94 manat ödəniş edilmişdir. 21 dekabr 2019-cu il tarixli SMEK4606498 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 75 manat ödəniş edilmiş və 04 yanvar 2020-ci il tarixli SMEK4606506 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 28 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqısatqı qiyməti ECK5775368 saylı müqavilə üzrə 1950 manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 1295 manat ödənilməmiş hissə, 388 manat dəbbə pulu, alqı-satqı qiyməti ECK5793141 saylı müqavilə üzrə 2456 manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 1880 manat ödənilməmiş hissə, 564 manat dəbbə pulu yaranmış, alqı-satqı qiyməti SMEK4606498 saylı müqavilə üzrə 1280 manat olan 1 ədəd X1 üçün ümumilikdə 931 manat ödənilməmiş hissə, 279 manat dəbbə pulu və alqı-satqı qiyməti SMEK4606506 saylı müqavilə üzrə 458 manat olan 1 ədəd X2 və 1 ədəd Anonim Asılqan üçün ümumilikdə 403 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olumasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı özünə məxsus ümumi dəyəri 1950 manat olan olan əşyaları (1ədəd TV LED SAMSUNG UE-49NU7300/Grundig Cable HDMİ ao-do plug GRN-10798/CABLE HDMİ 1.5M 1080P MONSTER/HUB USB 2.0 4PORT JC-TECH) 150 manat ilkin ödəniş olmaqla 24 ay müddətində hər ay 75 manat ödəmək şərtilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya hesablanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı özünə məxsus ümumi dəyəri 2456 manat olan əşyaları ( 1 ədəd TV LED SAMSUNG UE-55RU7300/AV DR.WEB ANTİVİRUS PRO 2 FK/İ BOX/Gruııdig HS GRN-26447/ Aksessuar LACOR 30S Silikon (61623)) 200 manat ilkin ödəniş olmaqla 24 ay müddətində hər ay 94 manat ödəmək şərtilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya hesablanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı özünə məxsus ümumi dəyəri 1280 manat olan əşyanı (1 ədəd X1) 2 manat ilkin ödəniş olmaqla 18 ay müddətində hər ay 71 manat ödəmək şərtilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya hesablanır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı özünə məxsus ümumi dəyəri 458 manat olan əşyanı (1 ədəd-X2, 1 ədəd- Anonim Asılqan) 0 manat ilkin ödəniş olmaqla 18 ay müddətində sonuncu ay 16 manat olmaqla hər ay 26 manat ödəmək şərtilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya hesablanır. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1295 manat əsas, 388 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1880 manat əsas, 564 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 931 manat əsas, 279 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 403 manat əsas, 120 manat dəbbə pulu olmaqla, cəmi 5860 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 388 manat cərimənin, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 564 manat cərimənin, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 279 manat cərimənin və xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 120 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, hesablanmış cərimənin məbləğinin azaldılaraq xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 90 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 45 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 iyul 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1295 (bir min iki yüz doxsan beş) manat əsas borc və 60 (altmış) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1880 (bir min səkkiz yüz səksən) manat əsas borc və 90 (doxsan) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 931 (doqquz yüz otuz bir) manat əsas borc və 45 (qırx beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 403 (dörd yüz üç) manat əsas borc və 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 4724 (dörd min yeddi yüz iyirmi dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63,68 (altmış üç manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş 63,68 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 15,32 manat (79-63,68=15,32) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyul 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1295 (bir min iki yüz doxsan beş) manat əsas borc və 60 (altmış) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 1880 (bir min səkkiz yüz səksən) manat əsas borc və 90 (doxsan) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 931 (doqquz yüz otuz bir) manat əsas borc və 45 (qırx beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 403 (dörd yüz üç) manat əsas borc və 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 4724 (dörd min yeddi yüz iyirmi dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63,68 (altmış üç manat altmış səkkiz qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 15,32 (on beş manat otuz iki qəpik) manat (79-63,68=15,32) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-621/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-621/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver