Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6220/2025 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 810 (səkkiz yüz on) manat məbləğində borc məbləğinin və 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) “OCEAN” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeharasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1390 (bir min üç yüz doxsan) manat məbləğində olan “OCEAN” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2016-cı il tarixli müqavilə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinə əsasən ilkin ödənişsiz və müqavilədə göstərilən qaydada 14 ay müddətinə olmaqla hər ayın 10-dan gec olmayaraq, 100 (bir yüz) manat, sonuncu ay isə 90 (doxsan) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 810 (səkkiz yüz on) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 810 (səkkiz yüz on) manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə pul" tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 285.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında imzalanmış xx.xx.2016-cı il tarixli satış müqaviləsinə əsasən, satıcı alıcıya Okean markalı su təmizləmə sistemini satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyəri olan 1390 manat məbləğini, ilkin ödəniş olaraq 190 manat ödəməklə, qalan məbləği 12 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı Okean markalı su təmizləmə sistemini məbləğini nəğd və hissəhissə ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, Okean su təmizləmə sisteminə olan mülkiyyət hüququ yalnız Okean su təmizləmə sisteminin tam məbləği ödənildikdən sonra alıcıya keçir. "xxxx" MMC-nin etibarnamə əsasında hərəkət edən nümayəndəsi və Cavabdeh tərəfindən tərtib edilmiş Ocean markalı Premium Led model su təmizləyici qurğunun təhviltəslimi üzrə xx.xx.2016-cı il tarixli aktdan görünür ki, xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq Ocean markalı su təmizləyici qurğu və onun ayrılmaz tərkib hissələri olan aksesuarlar aşağıdakı komplektdə və şərtlərlə alıcıya satıcının nümayəndəsi tərəfindən təhvil verilmişdir: Bir ədəd Ocean markalı Premium Led model su təmizləyici qurğu, Filtrin komponentləri: Sediment filtr, Granul aktiv karbon filtr, Blok aktiv karbon filtr, Post karbon (gümüş ionlu) filtr, Mineral (Ca, Mg, Na, K və s.) filtr, Membran 75 GPD. Təhvil verilməmişdən əvvəl su təmizləyici qurğunun işlək vəziyyətdə olması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmışdır. Alıcı təhvil-təslim zamanı qurğunun işlək vəziyyətdə olduğunu təsdiq etmişdir. 09 avqust 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 7 gün ərzində qalıq 810 manat borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 25 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli müqavilə üzrə 25 oktyabr 2025-ci il tarixinə olan borcu 810 manat təşkil edir. Müqavilə üzrə cəmi 580 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, **********37 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1390 manat olan Okean markalı su təmizləmə sisteminin nisyə alğı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, iddiaçı malı cavabdehə təhvil vermişdir. Müqaviləyə əsasən, cavabdeh 190 manat ilkin ödəniş etmişdir və qalan məbləği hər ay 100 manat aylıq ödəniş olmaqla, 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürsə də, öhdəliyini tam və vaxtı-vaxtında icra etməmişdir. 25 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli müqavilə üzrə 25 oktyabr 2025-ci il tarixinə olan borcu 810 manat təşkil edir. Müqavilə üzrə cəmi 580 manat ödəniş edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə ödənilməmiş qalan pulun ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı alqısatqı müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 810 (səkkiz yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 (otuz bir) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 810 (səkkiz yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 (otuz bir) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-6220/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6220/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver