Məhkəmə qərarları › İş №e-2(004)-6230/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6230/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6230/2022 16.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulmasına” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84857 Samsung Galaxy A71 markalı telefon üçün 1046 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51358 olan Samsung Galaxy A51 markalı telefon üçün 714 manat ödənilməmiş hissə, 71 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Led TV üçün 711 manat ödənilməmiş hissə, 71 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 470,3 manat ödənilməmiş hissə, 47,7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Delonghi markalı rediator, Hoffmann markalı mini soba üçün 189,1 manat ödənilməmiş hissə, 18,9 manat cərimə olmaqla, ümumilikdə 3443 manat borc və 54,43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz 12 ay müddətinə aylıq 90,5 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1086 manat olan İMEİ kodu **********84857 Samsung Galaxy A71 markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ilkin ödənişsiz 12 ay müddətinə aylıq 64,9 manat ödəmək şərtilə alqı-satqı qiyməti 778,8 manat olan İMEİ kodu **********51358 olan Samsung Galaxy A51 markalı telefon, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ilkin ödənişsiz 18 ay müddətinə aylıq 79,4 manat ödəmək şərtilə alqı-satqı qiyməti 1429,2 manat olan Samsung Led TV, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, ilkin ödənişsiz 24 ay müddətinə aylıq 51,2 manat ödəmək şərtilə alqı-satqı qiyməti 1239,8 manat olan Samsung markalı paltaryuyan, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ilkin ödənişsiz 18 ay müddətinə aylıq 31 manat ödəmək şərtilə alqı-satqı qiyməti 558 manat olan Delonghi markalı rediator, Hoffmann markalı mini soba verilmişdir. xx.xx.2022-ci il maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1046 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 714 manat ödənilməmiş hissə, 71 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 711 manat ödənilməmiş hissə, 71 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 470,3 manat ödənilməmiş hissə, 47,7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 189,1 manat ödənilməmiş hissə, 18,9 manat cərimə olmaqla ümumilikdə 3443 manat borcu vardır. Cavabdeh müqavilənin öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1046 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 714 manat ödənilməmiş hissə, 71 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 711 manat ödənilməmiş hissə, 71 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 470,3 manat ödənilməmiş hissə, 47,7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 189,1 manat ödənilməmiş hissə, 18,9 manat cərimə olmaqla, cəmi 3443 manat borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 54,43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1046 (bir min qırx altı) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 711 (yeddi yüz on bir) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 470,3 (dörd yüz yetmiş manat otuz qəpik) manat ödənilməmiş hissə, 47,7 (qırx yeddi manat yetmiş qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 189,1 (yüz səksən doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 18,9 (on səkkiz manat doxsan qəpik) manat cərimə olmaqla, cəmi 3443 (üz min dörd yüz qırx üç) manat borc, həmçinin 54,43 (əlli dörd manat qırx üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar