Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6243/2024 24.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2159 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 400 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1759 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 147 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən, R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə Cavabdeh 1612 (min altı yüz on iki) manat məbləğində əsas borc, 161 (yüz altmış bir) manat məbləğində cərimə borcu, 37,73 (otuz yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1810,73 (min səkkiz yüz on manat yetmiş üç qəpik) manat pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən “Satıcı” 12 ay müddətinə, 2159 manat dəyərində olan əşyanı “Alıcı”ya satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1612 (min altı yüz on iki) manat məbləğində əsas borc, 161 (yüz altmış bir) manat məbləğində cərimə cərimə borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı satıcı ilə bağladığı yuxarıda qeyd olunan R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış R0096487 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2159 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 400 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1759 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 147 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə olunmamışdır. Nəticədə, cavabdehin müqavilə öhdəlikləri üzrə 1612 (min altı yüz on iki) manat məbləğində əsas borc, 161 (yüz altmış bir) manat məbləğində cərimə borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 37,73 (otuz yeddi manat yetmiş üç qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1612 (min altı yüz on iki) manat məbləğində əsas borc, 161 (yüz altmış bir) manat məbləğində cərimə borcu, ödənilmiş 37,73 (otuz yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1810,73 (min səkkiz yüz on manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddiası təmin edilsin. Cavabdeh 1612 (min altı yüz on iki) manat məbləğində əsas borc, 161 (yüz altmış bir) manat məbləğində cərimə borcu, ödənilmiş 37,73 (otuz yeddi manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1810,73 (min səkkiz yüz on manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-6243/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6243/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver