Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-625/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leilinin iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçının mərhum əri Hüseynov Həsən Yusif oğlu ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, MLİ-ZB-0000820 saylı “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsinin şərtlərinə uyğun olararaq ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixə iddiaçının kredit borc məbləğinin 30567,88 manat pulun cavabdehdən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, habelə sığorta hadisəsindən sonra iddiaçı tərəfindən ödəniş cəvəlinə əsasən banka ödənilən - 5565.00 manat və 198,40 manat dövlət rüsumunun, ümumilikdə 5763,40 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ”Qala Həyat” Sığorta Şirkəti ASC ilə İddiaçı vəfat edən əri Hüseynov Həsən Yusif oğlu arasında 01 mart 2016-cı il tarixli, MLİ-ZB- 0000820 saylı “İpoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Hüseynov Həsən Yusif oğlunun adına xx.xx.2016-cı il tarixli MLİ-ZB- 0000820 saylı “İpoteka krediti üzrə borcalanın həyat sığortası” şəhadətnaməsi verilmişdir. Həmin Şəhadətnamə əsasında Y.H.Hüseynov ipoteka kreditləri üzrə borc alanların həyat sığortası növü üzrə "xxxx" Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur. Sözügedən şəhadətnamənin xüsusi şərtlər bölməsinin 2-ci bəndində göstərilir ki, sığorta təminatı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə günün 24 saatı ərzində qüvvədədir. Sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişi bütün lazımi sənədlər və sığorta aktı tərtib edildikdə ən geci 7 (yeddi) iş günü ərzində həyata keçirilir. Ölüm haqqında 30424 şəhadətnamədən (xx.xx.2023-cü il tarixli AZ-İİ seriyalı 369058 nömrəli) görünür ki, iddiaçının əri Hüseynov Həsən Yusif oğlu 18 iyul 2023-cü il tarixdə “kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı” diaqnozu ilə vəfat etmişdir, sığorta hadisəsi baş vermişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisinin (xüsusi notarius N.M.Səmədov) 1735 nömrəli sənədindən görünür ki, İddiaçı mərhum əri Hüseynov Həsən Yusif oğlunun vərəsəsi müəyyən edilmişdir. İddiaçı mərhum ərinin ölümü ilə bağlı cavabdehə və üçüncü şəxs "xxxx" ASC-nə (bundan sonra üçüncü şəxs adlanan) məlumat vermişdir, həmçinin üçüncü şəxsə sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədləri təqdim etmişdir. Daha sonra Sığorta hadisəsinin baş verməsi səbəbindən 03 avqust 2023-cü il tarixdə üçüncü şəxs cavabdehə MXD-2023/3139 nömrəli rəsmi məktubla (sənədlər əlavə edilməklə) Hüseynov Həsən Yusif oğlu üçün sığorta ödənişi verilməsi barədə müraciət etmişdir. Lakin cavabdeh həmin müraciətə cavab olaraq göndərdiyi 04 sentyabr 2023-cü il tarixli 0355-23 nömrəli rəsmi məktubla baş vermiş hadisə üzrə öhdəliyi yaranmadığından sığorta ödənişi verilməsindən imtina etmişdir. Cavabdeh sığorta ödənişi verilməsindən imtinasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adalancaq) 911.2-ci, 935.1.6-cı maddələri və AR Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş həmin dövrdə qüvvədə olan Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın (bundan sonra Qaydalar adlanacaq) 2.0.11-ci, 4.3-cü, 18.1.3-cü bəndləri ilə əsaslandırmışdır. Cavabdeh öz şəxsi mülahizələrini bildirirək sözügedən imtina məktubunda əsassız olaraq qeyd etmişdir ki, guya iddiaçının ona qəsdən yalnış məlumat verməsi nəticəsində sığorta riskini qiymətləndirə bilməmiş, həmçinin sığorta hadisəsinin səbəblərini, dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmuşdur. Lakin baş vermiş hadisə üzrə öhdəliyinin yaranmamasına istinad etdiyi halları sübut edən hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən verilən xx.xx.2023-cü il tarixli Ölüm haqqında tibbi şəhadətnaməsindən görünür ki, iddiaçının mərhum ərinin ipoteka və kredit müqavilələrinin bağladığı müddətdə Qaydaların 4.3. bəndində göstərilmiş hər hansı xəstəliyi mövcud olmayıb. Daha sonra, Cavabdeh Sığorta Şirkəti ASC iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında xx.xx.2016-cə il tarixli MLİ-BTB-M- 0000820 nömrəli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası müqaviləsi bağlanılmışdır və həmin müqavilə üzrə ağır xroniki xəstəliklər istisna olmaqla bütün növ xəstəliklər və onların nəticələri səbəbindən ölüm və 1-ci qrup əlilliyə təminat verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Həsən Yusif oğlu xx.xx.2023-cü il tarixində kəskin və yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. Sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan mtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər Poliklinikasına tərəflərindən 09 avqust 2023-cü il tarixli 0332-23 nömrəli məktub göndərilmişdir. X1 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixində laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü i tarixindən xx.xx.2014-cü il tarixinədək həmin xəstəxanada stasionar müalicə almış, ona HCY-yə bağlı qaraciyər sirrozu. Dekompensasiya mərhələsi” diaqnozu qoyulmuşdur, müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Həmin Poliklinika tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 145 saylı məktuba əlavə olunan X9 tərəfindən verilən patohistoloji istək formasından görünür ki, H.Hüseynova xx.xx.2014-cü il tarixdə kəskin daşlı xolesistit, qaraciyər postnekrotik sirroz (Hepatit C) diaqnozu qoyulmuşdur. Həmçinin X1 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixində laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək həmin xəstəxanada stasionar müalicə almış, müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Bundan başqa ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, H.Hüseynov kəskin və ya yarımkəskin qaraciyər çatmazlığından vəfat etmişdir. Göründüyü kimi, H.Hüseynovun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf edir. H.Hüseynov xx.xx.2016-cı il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, həyat sığortası üzrə tibbi məlumatda göstərilənlər bəyan olunmamışdır. Halbuki Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanan xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman H.Hüseynov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı həyatın ölüm halından sığorta məbləğinin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 18.2-ci bəndinə əsasən bu Qaydaların 18.1.3-cü yarım bəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Sığortalının yanlış məlumat verilməsində təqsirli olması ilə bağlı heç bir sübut yoxdur. Mərhum vəfat etdikdən sonra sığorta ödənişinin ödənilməsindən imtina edildiyindən, iddiaçı tərəfindən vərəsə olaraq ipoteka krediti üzrə ödənişlər həyata keçirilmişdir. 2023-cü ilin avqust ayında ipoteka krediti müqaviləsi üzrə 32480,34 manat borc qalmışdı. Qanunvericiliyə əsasən, sığortaçı və sığortalı arasında qüvvədə olan müqavilə vardırsa, sığorta ödənişinin verilməsindən imtina edilə bilməz. İddiaçının mərhum həyat yoldaşı sığorta şirkətinə heç bir yalnış məlumat təqdim etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin izahatı ilə razıdır. Əlavəsi yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi İsmailova Leili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sığortalının vərəsəsi tərəfindən ödənilmiş məbləğin sığortaçı tərəfindən qarşılanmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. AR Mülki Məcəllənin 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Lakin sığortalı özünə məlum olan hallar barədə sığortaçı olan onların şirkəti məlumatlandırmamışdır. “İpoteka krediti üzrə borcalanın həyat sığortası” şəhadətnaməsinin “sığortalı və ya sığortalı adından faydalanan şəxs” hissəsində qeyd edilmişdir ki, sığortalı yalnış və ya natamam məlumat təqdim edəcəyi təqdirdə, sığorta ödənişindən imtina ediləcəyi ona məlumdur. Müqavilənin sığortalı tərəfindən imzalanmaması hazırki iş üzrə iddianın predmeti deyil. Belə olan halda iddiaçı tərəfindən əqdin etibarsızlığı tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət oluna bilərdi. Mərhum vəfat etdiyi tarixə qədər sığorta haqqını ödəmişdir. Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlaması faktını təsdiq edir və ayrıca sığorta müqaviləsi olmur. Sığorta hadisəsinin baş verməsi hər hansı sənədlə təsdiq edilmir. Sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisədir. Lakin hazırki halda ölüm hadisənin baş verməsinə səbəb olan xəstəliyin diaqnozu 2014-cü ildə, yəni müqavilə bağlanmamışdan öncə öz təsdiqini tapdığına görə, bu halda sığorta hadisəsi mövcud deyil. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, Vİ-JQ seriyalı 460192 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Həsən Yusif oğlu və X2 xx.xx.1997-ci il tarixdə Səadət Sarayında nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1397 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. İş materialllarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Bank "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 0355-23 saylı məktubda qeyd edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında xx.xx.2016-cı il tarixində MLİ-ZB- 0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanmışdır. Şirkətə ünvanlanmış müraciətdən görünür ki, sığortalı H.Hüseynov xx.xx.2023-cü il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər poliklinikası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 145 saylı məktuba əlavə olunan X9 tərəfindən verilən patohistoloji istək formasından görünür ki, H.Hüseynova xx.xx.2014-cü il tarixdə kəskin daşlı xolesistit, qaraciyər postnekrotik sirroz (Hepatit C) diaqnozu qoyulmuşdur. Həmçinin X1 tərəfindən verilmiş epikrizdən görünür ki, H.Hüseynov xx.xx.2014-cü il tarixində laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək həmin xəstəxanada stasionar müalicə almış, müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Bundan başqa ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, H.Hüseynov kəskin və ya yarımkəskin qaraciyər çatmazlığından vəfat etmişdir. Göründüyü kimi, H.Hüseynovun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf edir. H.Hüseynov xx.xx.2016-cı il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, həyat sığortası üzrə tibbi məlumatda göstərilənlər bəyan olunmamışdır. Halbuki Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanan xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman H.Hüseynov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Yuxarıda qeyd olunanlara əsasən, AR Mülki Məcəlləsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nı rəhbər tutaraq baş vermiş hadisə üzrə Qala Həyat” Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişin verilməsindən imtina edilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu vaxt xx.xx.2016-cı il tarixdən xx.xx.2035-ci il tarixədək müəyyən olunmuşdur. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 41311 manat təşkil edir. Növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilir. İlkin ödəniləcək sığorta haqqı 76,32 manat, növbəti aylar üzrə sığorta haqqı 19,08 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı 369058 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Hüseynov Həsən Yusif oğlu xx.xx.2023-cü il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 506 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan **********20 nömrəli Ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Hüseynov Həsən Yusif oğlunun bilavasitə ölümünə səbəb olan xəstəlik kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı olmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər poliklinikası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 145 saylı məktuba əlavə olunan X9 tərəfindən verilən patohistoloji istək formasından görünür ki, Hüseynov Həsən Yusif oğluna xx.xx.2014-cü il tarixdə kəskin daşlı xolesistit, qaraciyər postnekrotik sirroz (Hepatit C) diaqnozu qoyulmuşdur. İş materiallarında olan X1 tərəfindən verilmiş epikrizdən görünür ki, Hüseynov Həsən Yusif oğlu xx.xx.2014-cü il tarixində laparoskopik xolesistektomiya əməliyyatı keçirmiş, xəstə xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək həmin xəstəxanada stasionar müalicə almış, müalicə müddəti bitdikdən sonra xəstəyə qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. İş materiallarında olan Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, "xxxx" ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 45000 manat məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. Hüseynov Həsən Yusif oğlunun xx.xx.2025-ci il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 30161,25 manat təşkil edir və qeyd olunan ipoteka krediti üzrə xx.xx.2025-ci il tarixinə heç bir gecikmə müşahidə olunmur. İş materiallarında olan bank çıxarışlarından və ödənişə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək cəmi 6736,86 manat kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********60 nömrəli, mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 198,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 45000 manat məbləğində ipoteka krediti götürülmüşdür, daha sonra müvafiq ipotaka krediti Bank "xxxx" ASCyə ötürülmüşdür. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanmış və xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Hüseynov Həsən Yusif oğlunun həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” X3 Yusif oğlu tərəfindən imzlanmamış, lakin Sığorta Şəhadətnaməsi üzrə aylıq nəzərdə tutulmuş sığorta haqqları ödənilərək, xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi üzrə iradə ifadəsi bəyan edilmişdir. Hüseynov Həsən Yusif oğlu xx.xx.2023-cü il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı xəstəliyindən ölmüşdür. Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş hadisə üzrə Qala Həyat” Sığorta Şirkəti ASC-nin öhdəliyinin yaranmadığına istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Hazırda mərhum Hüseynov Həsən Yusif oğlunun vərəsəsi olan arvadı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Hüseynov Həsən Yusif oğlunun həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsi üzrə sığortalandığına istinad edərək, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcalanın vərəsi kimi onun qalıq 30567,88 manat kredit borc məbləğinin Cavabdeh Sığorta Şirkəti ASCdən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borcalanın vərəsi kimi onun tərəfindən ərinin ölümündən sonra ödəniş cəvəlinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilən - 5565.00 manat və 198,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5763,40 manat pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC isə məhkəməyə etiraz təqdim etmiş və Hüseynov Həsən Yusif oğlunun kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etdiyini, Hüseynov Həsən Yusif oğlunun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixinin xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli sığorta müqaviləsinin qüvvəyə minməsindən öncəki tarixə təsadüf etdiyini və Hüseynov Həsən Yusif oğlu xx.xx.2016cı il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etmədiyini, halbuki Cavabdeh Sığorta Şirkəti ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanan xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman H.Hüseynov onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsə idi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ ola biləcəyini bildirərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır 884.6–2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. 885.3. Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir. 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 914.3. Şəxsi sığorta müqaviləsi bağlandıqda sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi X6 16 may 2024-cü il tarixli, 20/4 saylı “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın qeyd edilən maddələrinə əsasən: 5.1. Bu Qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir. 5.2. Sığorta müqaviləsində sığorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir: 5.2.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; 5.2.2. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; 5.2.3. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr. 6.1. Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: 6.1.1. sığortalının ölməsi; 6.1.2. sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən olunması. 6.2. Bu Qaydanın 6.3-6.6-cı bəndlərində göstərilənlər nəzərə alınmaqla, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur. 7.1. Bu Qaydanın 7.3-cü bəndində qeyd olunan hal istisna olmaqla, sığorta müqaviləsi sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə əsasında bağlanır. 7.2. Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulan ərizə forması sığortaçı tərəfindən müəyyən edilir. Ərizənin mətni aydın və oxunaqlı olmalı, ərizədə əks olunan suallar dəqiq və vahid məna ifadə edərək sual əsasında verilən düzgün və anlaşıqlı cavablarla sığorta riskini birbaşa qiymətləndirməyə imkan verəcək şəkildə tərtib olunur. 7.3. İstehlak krediti üzrə sığortalanma zamanı sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan da bağlanıla bilər. 7.5. Sığorta müqaviləsinin bu Qaydanın 7.4.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada bağlandığı halda da sığortaçı sığortalıya sığorta şəhadətnaməsi verməlidir. 7.6. Bu Qaydaya uyğun olaraq təqdim edilən sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. 7.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş, sığorta müqaviləsinin bağlanması və sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimlənmə qaydasını, sığorta təminatına daxil olan riskləri, sığorta hadisəsi hesab edilməyən hadisələri, sığorta təminatına dair məhdudiyyətləri, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu, sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərə və sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarına dair məlumatları, həmçinin özünün və nümayəndəsinin əlaqə məlumatlarını əks etdirən yaddaş vərəqinin elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini təmin etməlidir. 7.8. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 7.9. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalının səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatından, məhkəməyə təqdim etdiyi iş materiallarından müəyyən olunmuşdur ki, həyat sığortası müqaviləsinin bağlanması proseduru aşağıdakı kimidir: həyat sığortası müqaviləsi bağlanmazdan öncə sığortalıya həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim olunur. Müvafiq həyat sığortası üzrə ərizə və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə doldurulduqdan sonra sığortaçı və sığortalı arasında müvafiq sığorta müqaviləsi bağlanır, yəni sığortaçı tərəfindən sığortalıya həyat sığortası şəhadətnaməsi təqdim olunur. Lakin Cavabdeh Sığorta Şirkəti ASC həyat sığortası müqaviləsinin bağlanması prosedurunun qeyd edilən şəkildə olmasını özü bildirsə də, Cavabdeh Sığorta Şirkəti ASC ilə mərhum Hüseynov Həsən Yusif oğlu ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli, MLİ-ZB- 0000820 saylı “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanan zaman sözügedən prosedura əməl olunduğunu təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə mərhum Hüseynov Həsən Yusif oğlu tərəfindən doldurulmuş həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim edilməmişdir. Həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavədən (tibbi məlumat) görünür ki, həmin blankda həyat sığortası üzrə ərizə ilə müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklər sadalanmışdır. X8 Yusif oğlu tərəfindən belə bir blank doldurulmamışdır. Cavabdeh Sığorta Şirkəti ASC mövcud faktı təkzib edə biləcək blankı təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə sual yaranır “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanması üçün müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı olan blank Hüseynov Həsən Yusif oğlu tərəfindən hər hansı səbəbdən doldurulmamış və ya imzalanmamışdırsa, sığorta şirkəti nə üçün Hüseynov Həsən Yusif oğluna sığorta şəhadətnaməsi təqdim edərək sığorta müqaviləsi bağlamışdır. Cavabdeh Sığorta Şirkəti ASC o halda sığorta ödənişi ödəməkdən imtina edə bilərdi ki, Hüseynov Həsən Yusif oğlu tərəfindən həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı olan blankda onun tərəfindən yanlış məlumatlar qeyd edilərdi. Həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavədən (tibbi məlumat) görünür ki, hər bir variantın qarşısında bəli, xeyr xanaları vardır. Mövcud blankın doldurulmaması şəxsdə müvafiq bəndlərdə qeyd edilənlərin olmamasına dair onun iradə ifadəsi kimi qiymətləndirilə bilməz. X7 Yusif oğlu mövcud blankın c bəndində göstərilən xəstəliyin yəni hepatit xəstəliyinin qarşısındakı xeyr xanasını qeyd etsə idi, bu həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış məlumatın təqdim olunması kimi qiymətləndirilə bilər və sığorta ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilərdi. Lakin hazırki halda mövcud vəziyyət onu deməyə əsas verir ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) Hüseynov Həsən Yusif oğluna təqdim olunmamış və nəticədə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunmasının sığorta hadisəsi baş verən zaman sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas ola biləcəyi izah olunmamışdır. Hazırki halda Hüseynov Həsən Yusif oğlu tərəfindən sığorta müqaviləsi bağlanan zaman həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunması öz təsdiqini tapmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsindən imtina edilə bilməz. Belə ki, cavabdeh mərhum Hüseynov Həsən Yusif oğluna həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim etməli, həmin blank Hüseynov Həsən Yusif oğlu tərəfindən doldurulmalı idi. Müvafiq blankın doldurulmaması orada qeyd edilən xəstəliklərin heç birinin Hüseynov Həsən Yusif oğlunda olmamasına dair Hüseynov Həsən Yusif oğlunun iradə ifadəsi kimi qəbul edilməməli, əksinə həmin blankın doldurulmamasının riskini Cavabdeh Sığorta Şirkəti ASC özü daşımalı və hazırki halda sığorta ödənişini həyata keçirməlidir. Cavabdeh Sığorta Şirkəti ASC həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) doldurulmadığı halda sıorta müqaviləsini bağlamaqdan imtina edə bilərdi. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda həyat sığortası müqaviləsi bağlanması ilə bağlı müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərə dair məlumatların təqdim edilməsinə dair prosedur qaydasına əməl olunmamasının riskini sığortalı deyil sığortaçı daşımalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin öz eütiraz ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, Q-21 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mərkəzi X6 16 may 2024-cü il tarixli, 20/4 saylı “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” təsdiq edilmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, mərhum Hüseynov Həsən Yusif oğlunun vərəsəsi olan arvadı İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Hüseynov Həsən Yusif oğlunun həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000820 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsi üzrə sığortalandığına istinad edərək, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın vərəsi kimi onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan qalıq borcunun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və borcalanın vərəsi kimi onun tərəfindən ərinin ölümündən sonra ödəniş cədvəlinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilən pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur. Beklə ki, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən MLİ-ZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan sığorta ödənişinin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, qalıq borc üzrə sığorta ödənişi iddiaçının öz iddia ərizəsində qeyd etdiyi 30567,88 manat məbləğində deyil, 30161,25 manat məbləğində həyata keçirilməlidir. İş materiallarında olan Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, "xxxx" ASC ilə Hüseynov Həsən Yusif oğlu arasında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 45000 manat məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. Hüseynov Həsən Yusif oğlunun xx.xx.2025-ci il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 30161,25 manat təşkil edir. Bu baxımdan sığorta ödənişinin bank tərəfdən təqdim edilmiş Arayışa əsasən sığortaçı tərəfindən banka ödənilməsi qanuni və əsaslıdır. Eyni zamanda müəyyən edilmişdir ki, mərhum Hüseynov Həsən Yusif oğlu xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra onun vərəsəsi kimi hazırki iş üzrə İddiaçı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 2023-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək cəmi 6736,86 manat kredit ödənişi edilmişdir. Sözügedən məbləğ də Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən MLİ-ZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan sığorta ödənişinin məbləğinə daxil olsa da, Qala Həyat” Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi etməkdən əsassız olaraq imtina edildiyindən mərhum Hüseynov Həsən Yusif oğlunun vərəsəsi İddiaçı tərəfindən məhkəməyə müraciət edənədək banka ödənilmiş və heç bir gecikmə edilməmişdir. Bu baxımdan iddiaçı eyni zamanda həmin ödənişin də cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə bir məsələni qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin məbləğ iddia tələbi həcmində tutulmalı, yəni Cavabdeh Sığorta Şirkəti ASC-dən 5565 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198,40 manat pul da Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. MLİ-ZB-0000820 saylı sığorta şəhadətnaməsinə əsasən 30161,25 (otuz min yüz altmış bir manat iyirmi beş qəpik) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank "xxxx" ASC-yə ödənilməsi öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulsun. Cavabdeh Sığorta Şirkəti ASC-dən 5565 (beş min beş yüz altmış beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 198,40 (bir yüz doxsan səkkiz manat qırx qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-625/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-625/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver