Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6263/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 661.5 manat ödənilməmiş hissə, 66.15 manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3, PAKET XL xidməti üçün 28148 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 28.15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti üçün, 91.15 manat ödənilməmiş hissə, 9.12 manat cərimə, ümumilikdə 1161.14 manat borc, 31.62 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5, İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3, PAKET XL xidməti, İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti almış və nəticədə 1161.14 (min yüz altmış bir manat , 14 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1234 ( min iki yüz otuz dörd manat) manat (12 ay x 94.5 manat + 100 manat ilkin ödəniş) olan PLAYSTATİON S üçün ümumilikdə, 727.65 (yeddi yüz iyirmi yeddi manat, 65 qəpik) manat olmaqla ondan, 661.5 (altı yüz altmış bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.15 (altmış altı manat, 15 qəpik) manat cərimə, xx.xx.2024- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 307.08 (üç yüz yeddi manat , 8 qəpik) manat (12 ay x 25.59 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3 , PAKET XL xidməti üçün ümumilikdə, 333.23 (üç yüz otuz üç manat, 23 qəpik) manat olmaqla ondan, 281.48 (iki yüz səksən bir manat , 48 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 ( iyirmi üç manat , 60 qəpik ) manat rüsum, müştəriyə güzəşt olunaraq 28.15 (iyirmi səkkiz manat , 15 qəpik) manat cərimə ; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı - satqı qiyməti 372.36 (üç yüz yetmiş iki manat, 36 qəpik) manat (12 ay x 31.03 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti üçün ümumilikdə, 100.27 (yüz manat , 27 qəpik) manat olmaqla ondan, 91.15 (doxsan bir manat, 15 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.12 (doqquz manat, 12 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 879.31 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il , xx.xx.2024-cü il , xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 372.39 manat olan İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidmətini alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 307.03 manat olan İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3, PAKET XL xidmətini alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1234 manat olan PLAYSTATİON 5 alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 09801898 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 05994201 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3, PAKET XL xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 506449 nömrəli alqı-satqı müqaviləsi üzrə PLAYSTATİON 5 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti üçün 91.15 manat ödənilməmiş hissə, 9.12 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3, PAKET XL xidməti üçün 281.48 manat ödənilməmiş hissə, 28.15 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən PLAYSTATİON 5 üçün 661.5 manat ödənilməmiş hissə, 66.15 manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 1161.14 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********33646 XİAOMİ REDMİ A3, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti üçün 91.15 manat ödənilməmiş hissə, 9.12 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********96708 XİAOMİ REDMİ A3, PAKET XL xidməti üçün 281.48 manat ödənilməmiş hissə, 28.15 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən PLAYSTATİON 5 üçün 661.5 manat ödənilməmiş hissə, 66.15 manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 1161.14 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 9.12 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 28.15 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 66.15 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli müqavilə üzrə 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliyini icra etmədiyindən iddiaçı tərəfindən həqiqətən 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməklə müqavilə üzrə alınmış telefonun Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasını (İMEİ kodu deaktiv etmək) təmin etməklə əlavə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu hissədə iddiasını əsaslı edən sübutu, yəni İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməsini təsdiq edən qəbzi və ya digər sənədi iş materiallarına əlavə etməmişdir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 31.62 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 91.15 (doxsan bir manat on beş qəpik) manat, cərimə borcu üzrə 9.12 (doqquz manat on iki qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 281.48 (iki yüz səksən bir manat qırx səkkiz qəpik) manat, cərimə borcu üzrə 28.15 (iyirmi səkkiz manat on beş qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 661.5 (altı yüz altmış bir manat əlli qəpik) manat, cərimə borcu üzrə 66.15 (altmış altı manat on beş qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1137.55 (bir min yüz otuz yeddi manat əlli beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31.62 (otuz bir manat altmış iki qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 91.15 (doxsan bir manat on beş qəpik) manat, cərimə borcu üzrə 9.12 (doqquz manat on iki qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 281.48 (iki yüz səksən bir manat qırx səkkiz qəpik) manat, cərimə borcu üzrə 28.15 (iyirmi səkkiz manat on beş qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 661.5 (altı yüz altmış bir manat əlli qəpik) manat, cərimə borcu üzrə 66.15 (altmış altı manat on beş qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1137.55 (bir min yüz otuz yeddi manat əlli beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31.62 (otuz bir manat altmış iki qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6263/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6263/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver